Xəzər dənizinin təhlükəsizliyi ABŞ üçün də qırmızı xəttə keçə bilər
Yusif Nəzərli
09:26 09.02.2023
Siyasət
456
"Ukraynadakı müharibənin gedişatı Rusiya ilə Qərbin strateji rəqabətindəki episentrin dairəsini böyüdür". Bu barədə "Şərq"ə açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirib ki, müharibənin qlobal iqtisadiyyata, o cümlədən enerji bazarlarının vitrinlərindəki məhsulların qiymətlərinə təsiri, təhlükəsizlik qayğıları, Rusiyanın təbii ehtiyatlarının ixracı məsələsini şantaj vasitəsinə çevirməsi Qərbi narahat edir: "Rusiya da enerji bazarlarında dominantlıq taxtından salınacağı riskindən ehtiyatlanır. Hər iki tərəfdəki narahatlıqlar onları dənizlər və okeanlar üzərindəki faktiki səlahiyyət sahibi olmağa təhrik edir. Çünki dərin sulara nəzarətdə önə çıxmaq strateji aktivləri çoxaldar. Ukraynadakı müharibə səbəbi ilə Qara dəniz regionunun Rusiya ilə NATO arasındakı rəqabətin mərkəzi xəttində dayandığını deyə bilərik. Qara dəniz Cənubi Qafqazı, Aralıq dənizini Yaxın Şərqi və Balkan regionunu əhatə edən təhlükəsizlik məkanının kəsişmə nöqtəsidir. Avropa ilə Asiya arasındakı tranzit qovşağı olan Qara dəniz hövzəsinin təhlükəsizliyinin təminində üç əsas oyunçu var - NATO, Rusiya və Türkiyə. Türkiyə ABŞ ilə Rusiyanın Qara dənizdəki rəqabətinin ortasında qalır. Qara dənizin təhlükəsizlik çərçivələri güc balansında dəyişikliklər yaradılması ehtimallarını çoxaldır. Bu məsələdə Türkiyə üzvü olduğu NATO ilə tərəfdaşı Rusiya arasında sıxılır. Ankara elə mövqeyə yiyələnir ki, nə Qərbə, nə özünə, nə də Rusiya ilə münasibətlərə xələl gəlsin. Türkiyə NATO üçün Qara dəniz regionunda əvəzedilməz bir oyunçudur. Çünki Qara dənizi bölüşən altı dövlətdən dördünün kiçik donanmaları var – Bolqarıstan, Gürcüstan, Rumıniya, Ukrayna".
Analitik qeyd edib ki, onları dənizlərdən əsən Rusiya təhdidlərindən qorumaq üçün Türkiyə böyük rola sahibdir: "Ankara bununla Rusiya ilə Qərb arasındakı incə balansın xətlərini Qara dənizdə çəkir və tarazlaşdırıcı prinsip NATO-nu da, Moskvanı da qane edir. Qara dəniz regionundakı təhlükəsizlik dilemmaları rəqabət tərəflərinin digər ərazi sularındakı “qırğın”ını səngitmir. Hər şey paraleldir, biri digəri ilə əlaqəlidir, rəqabətin hüdudları Mərkəzi Asiyada da kəsişir. Mərkəzi Asiyanın iki ölkəsi – Qazaxıstan və Türkmənistan Xəzər dənizində pay sahibidir. Hər iki ölkənin zəngin təbii sərvətləri dəniz sularında “üzür”. Bu iki ölkə üzərində də buludlar sıxlaşır, Qərb onları öz, Rusiya isə öz tərəfində tutmaq üçün nə lazımdırsa, onu da edir. Belə labirintin ucları Azərbaycanın Xəzər dənizi üzərindəki sərhədlərində təhlükəsizliyi həssaslaşdırır. İkinci bir yandan, Xəzər dənizinin başqa dövləti olan İrandan artan təhdidlərin fonu Azərbaycanın hərbi donanmasını gücləndirmək çağırışlarını ortaya sərir".
A.Kərimov vurğulayıb ki, Xəzər dənizinin Azərbaycan sektorunun da zəngin ehtiyatlara malik olması, Cənub Qaz Dəhlizi layihəsinin rolunun güclənməsi, ümumilikdə dənizdə cəmlənən sərvətlər ABŞ ilə Rusiyanın doktrinalarını sərtləşdirməyə gətirib çıxarır:
"Xəzər dənizinin təhlükəsizliyi ABŞ üçün də qırmızı xəttə keçə bilər, çünki Ukraynadakı müharibə istər-istəməz bu regionun da sərhədlərini kövrəkləşdirir. Azərbaycanın hərbi donanmasını gücləndirməsi strateji müttəfiqi Türkiyə, tərəfdaşları İsrail və ABŞ ilə koordinasiyalı şəkildə danışıqları intensivləşdirməyi tələb edir. Azərbaycan bu tələblərdən irəli gələn öhdəlikləri icra edəcək...".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region