“Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat layihələrinin reallaşması bölgəni əsl haba çevirəcək”
Yusif Nəzərli
10:37 10.02.2022
Siyasət
364
“Ermənistanla münasibətlərin normallaşdırılması prosesi Azərbaycanda hər hansı bir narahatlığa səbəb olmur, əksinə Azərbaycan bu prosesi dəstəkləyir”.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TRT Haber” kanalında Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Azərbaycanda hər hansı bir narahatlıq yaradıb yaratmamasına dair sualı cavablandırarkən deyib.
“Onsuz da Azərbaycanla koordinasiya, müzakirə etmədən biz hər hansı bir addım atmırıq, atmarıq. Azərbaycan da bizim vasitəçilər yolu ilə deyil, birbaşa təmas qurmağımızı üstün sayır.
Bəzi məsələləri birbaşa danışmalıyıq. Çünki nə barədə danışırıq? Cənubi Qafqazda bu problem Azərbaycanın Qarabağ zəfəri ilə sonlandırıldı. Bundan sonra sülh olmalıdır, əməkdaşlıq olmalıdır. Regionda əhəmiyyətli layihələr icra edərək, buranın iqtisadi tərəqqisi üçün çalışmaq gərəkdir. Buna görə də bütün ölkələrin eyni anlayış içində olması vacibdir. Hər kəsin bu prosesin içində olması, kimsənin kənarda qalmaması lazımdır. Buna Ermənistan da daxildir.
Qarabağ zəfərindən çıxan bir dərs və bir də fürsət var. Bu fürsətdən yaxşı istifadə etmək lazımdır. Biz zəfərdən dərhal sonra müsbət mesajlar verdik. Ermənistan buradan dərs alarsa region üçün, regionun inkişafı üçün addımlar atarıq, münasibətlərimizi normallaşdırarıq, dedik.
Paşinyan seçkidə qalib gəldikdən sonra önəmli mesajlar verdi. Prezidentimiz buna müsbət qarşılıq verdi. Sonra bizim təmaslarımız oldu, xüsusi nümayəndələr təyin etdik. Onlar Moskvada görüşdülər. İndi isə fevralın 24-də Vyanada görüşəcəklər.
Mən istərdim ki, artıq ilk toplantıdan sonra Türkiyə və Ermənistanda vasitəçisiz qarşılıqlı görüşlər təşkil olunsun, ancaq Ermənistan bu dəfə də belə istədi, problem deyil.
Bu addımları atarkən, əlbəttə ki, Azərbaycanla müzakirə aparır, addımları koordinasiya edirik. 3+3 platforması toplantısından əvvəl də bunu edirik. Moskvada təklif etdiyimiz sənədi də birlikdə hazırladıq, bərabər çalışırıq.
Çünki Azərbaycan da bunu istəyir. Azərbaycan da artıq Ermənistanla davamlı sülh istəyir. Buna görə də hərtərəfli bir sülh sazişinin imzalanmasını təklif etdi. Bu hər birimizin xeyrinədir.
Zəngəzur dəhlizi də daxil olmaqla quru və dəmiryolu layihələrinin həyata keçməsi bölgəni əsl haba çevirəcək. Tranzit keçidlərin mərkəzi halına çevirəcək. Bundan hər kəs qazanacaq.
Atışma ilə, işğalla Ermənistan nə əldə etdi? Özünü təcrid etdi, iqtisadiyyatı çox pis vəziyyətə düşdü. İndi fürsət var, bu fürsətdən istifadə etmək lazımdır”, - deyə M.Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, ABŞ və Fransadakı erməni diasporu və daxildəki bir sıra qüvvələr prosesi dəstəkləmir və bununla bağlı N.Paşinyana təzyiq edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
02:02 01.10.2026
Cəmiyyət
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi
01:43 01.10.2026
Maraqlı
ABŞ general və admiralların 20 faizini ixtisar edəcək
01:21 01.10.2026
Dünya
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial