
Zəngəzur dəhlizinin açılması Paşinyanın öhdəliyidir...
Yusif Nəzərli
15:04 20.09.2023
Siyasət
816
Ermənistan Respublikası ilə heç bir əlaqəsi olmayan mətndə Ermənistan Respublikasının adının çəkilməsi mənim dünənki fərziyyəmə, yanaşmama, qiymətləndirməmə haqq qazandırır ki, Qarabağa hücumun məqsədlərindən biri də Ermənistanı hərbi əməliyyatlara cəlb etmək idi. Fikrimcə, Ermənistanı hərbi əməliyyatlara cəlb etmək mümkün olsaydı, ən dərin hədəfi Ermənistanın müstəqilliyi və suverenliyi olmalı idi.
Bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Yenə deyirəm, biz baş verənləri qeyd edirik və məlumatları izləməyə davam edəcəyik. Qarabağdan aldığım son məlumat ondan ibarətdir ki, hərbi əməliyyatların intensivliyi kəskin şəkildə azalıb. Sıfır həddində olduğunu deyə bilmərəm. Ümid edirik ki, hərbi əməliyyatlar davam etməyəcək”, - Paşinyan bildirib.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında politoloq Sultan Zahidov bildirib ki, Ermənistan həqiqətən də dünənki proseslərə izləyici olaraq qaldı:

"Nikol Paşinyan özü də bəyanat verdi ki, Ermənistan heç bir halda hərbi proseslərə qoyulmayacaq. Paşinyan Ermənistanı Rusiyanın təsirindən çıxarmaq kursunu yürütməkdədir. Bundan sonra Nikol Paşinyan Qərb, Fransa və ABŞ-lə təmaslarını davam etdirəcək. Həmçinin Qərbin göstərişlərini Cənubi Qafqaz regionunda həyata keçirmək vəziyyətində olacaq. Sözsüz ki, bu, Ermənistan və Rusiya arasında münasibətlərə təsirsiz ötüşməyəcək. Çünki ən son Paşinyanın açıqlamaları və addımları onlar arasında əlaqələrdə böyük boşluq yaratmışdı. Bundan sonra Rusiyanın Ermənistanda Paşinyan rejimini devirmək istəyini nəzərdən çıxarmamaq lazımdır. Bunun üçün Şimal qonşumuzun müxtəlif rıçaqları var. Ermənistanın iqtisadiyyatı və infrastrukturu Rusiyadan xeyli asılıdır. Eyni zamanda Ermənistan hərbi sistemində də rəsmi Moskvaya bağlı qüvvələr mövcuddur. Həmçinin Rusiyanın 102 saylı bazası Gümrüdə yerləşir. Bu baxımdan Rusiyanın Ermənistanda müəyyən məqsədlərə nail olması üçün tətbiq edə biləcəyi rıçaqlar çoxdur. Nikol Paşinyan isə bunu anlayır və buna kontur balans olaraq Qərblə əlaqələri növbəti mərhələyə gətirir.
Eyni zamanda yaxın gələcəkdə Paşinyan Ermənistanın NATO-ya daxil olması istəyini dilə gətirə bilər. Amma Ermənistanın dünənki proseslərə qoşulmaması öhdəliklərinin olmaması anlamına gəlmir. Nikol Paşinyan hakimiyyətinin Azərbaycana qarşısında 3 tərəfli bəyanatla təyin olunmuş öhdəlikləri var. Məhz bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bundan əlavə hələ sülh sazişi imzalanmayıb. Bu baxımdan Paşinyan Azərbaycan ilə sülh prosesini yubatmamağa çalışmalıdır. Amma indiki halda Ermənistanın Fransa və ABŞ-lə yaxınlaşması bu prosesə əngəl amil ola bilər. Çünki ABŞ və Fransa Cənubi Qafqazda Rusiyanın geosiyasi nüfuz sahibi olmasını istəmir. Ermənistan Azərbaycan ilə sülh sazişini imzalamağı nə qədər tezləşdirsə, onlar üçün də yaxşı olar. Çünki hər şeydən əvvəl bu Ermənistan Azərbaycan və Türkiyə arasında kommunikasiyaların açılmasına gətirib çıxaracaq. Bundan isə region ölkələri və Ermənistan da faydalana bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media