Ziyafət Əsgərov Milli Məclis sədrinin müavini seçilib

​​​​​​Ziyafət Əsgərov Milli Məclis sədrinin müavini postuna namizəd irəli sürülüb.
APA-nın xəbərinə görə, Ziyafət Əsgərovun namizədliyi Milli Məclisin bu gün yeni tərkibdə keçirilən ilk iclasında irəli sürülüb.
Ziyafət Əsgərov Milli Məclis sədrinin müavini seçilib.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.