Azərbaycan və Tunis neft tədarükü və “yaşıl enerji” ilə bağlı əməkdaşlığı müzakirə edib
Yusif Nəzərli
09:48 17.01.2023
Gündəm
466
Azərbaycan və Tunis arasında xam neftin tədarükü və bərpa olunan enerji ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərində Tunisin sənaye, mədən və energetika naziri Neila Nouira Gongi ilə görüşündə bildirilib.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Tunis Dövlət Neft Şirkəti (STİR) arasında Azərbaycan və müxtəlif mənşəli xam neft, neft məhsullarının təchizatı üzrə on ildən çox əməkdaşlıq edildiyi qeyd olunub.
Tunisli nazir ölkəsində neft emalı məqsədilə keyfiyyətli Azərbaycan xam neftinə ehtiyac olduğunu və neft tədarükü istiqamətində hər iki ölkənin müvafiq şirkətləri arasında əməkdaşlığı davam etdirmək niyyətini ifadə edib.
Görüşdə hər iki ölkənin enerji təchizatının şaxələndirilməsi və bərpa olunan enerjinin inkişafına hədəflənən enerji kursundan bəhs edilib.
P. Şahbazov bildirib ki, neft və təbii qazın etibarlı ixracatçısı olan Azərbaycan “təmiz enerjinin” də tədarükçüsünə çevrilməyi planlaşdırır. “Bu məqsədlə 23 QVt-lıq “yaşıl”enerji layihələri üzrə beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq edilir. Biz özümüzün və tərəfdaşlarımızın enerji təhlükəsizliyində diversifikasiyaya üstünlük verən siyasətimizi davam etdiririk”, deyə nazir əlavə edib.
Nazir Neila Nouira Gongi isə bərpa olunan enerji və enerji məsələlərinin tənzimləməsində Azərbaycanla təcrübə mübadiləsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə