Gürcüstan ordusunun azərbaycanlı hərbçisi həlak olub
06:39 09.06.2023
Dünya
534
Gürcüstan ordusunun azərbaycanlı hərbçisi odlu silahdan açılmış atəş nəticəsində həlak olub.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu il iyunun 8-də Gürcüstan MN-in Hərbi Polis Departamenti Müdafiə Qüvvələrinin bölmələrindən birində xidmət edən 2005-ci il təvəllüdlü hərbi qulluqçu Yusif Nəsibovun ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin 115-ci (intihar) maddəsi ilə istintaqa başlayıb.
Qeyd olunub ki, hərbi qulluqçu hadisə baş verərkən postda qarovulda olub. Məlumata görə, atəş səsinin gəlməsindən sonra əraziyə baxış keçirilərkən Yusif Nəsibovun meyiti aşkarlanıb.
İlkin məlumata görə, hərbi qulluqçu atəş nəticəsində çənəsindən xəsarət alıb və hadisə yerində dünyasını dəyişib.
Gürcüstan MN-in Hərbi Polis Departamentinin faktla bağlı istintaqı davam etdirdiyi qeyd olunub.
MN hadisəyə görə dərin kədər hissi keçirdiyini və həlak olan hərbi qulluqçunun ailəsinə və qohumlarına başsağlığı verdiyini açıqlayıb.
Qeyd edək ki, 18 yaşlı Yusif Nəsibov Marneuli rayonunun Qırıxlı kəndindəndir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə