Mesaj verilir ki, regiona yad olan Qərbdənsə, ənənəvi Rusiyanın... - Əziz Əlilbəyli
Yusif Nəzərli
14:10 09.08.2023
Siyasət
613
"Moskva sülh müqaviləsinin hazırlanmasında İrəvan və Bakıya fəal şəkildə köməklik göstərir".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bildirib.
O, brifinq zamanı xatırladıb ki, bu, üçtərəfli sazişlərin elementlərindən biridir.
ABŞ Dövlət Departamentinin Rusiyaya “digər ölkələrin şərhlərinə baxmayaraq, tərəflər arasında sülh əldə olunmağa yaxındır” ifadəsi ilə eyham vurub-vurmadığına dair sualı şərh edən Aleksey Zaytsev Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Denis Qonçarın bu yaxınlarda verdiyi müsahibəyə istinad edərək, bildirib ki, "sülh üçün yüksək keyfiyyətli razılaşmalara ehtiyac var, prosesi zorla irəli aparmağa ehtiyac yoxdur".
Sözügedən açıqlamaya münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a deyib ki, Rusiya görüşlərinə nəzərən, Qərb raundunda baş tutan görüşlər bir addım öndə olub.
"Məsələn, Paşinyan Brüssel və Vaşinqton görüşlərində etiraf edib ki, Qarabağın Azərbaycanın torpaqları olduğunu və ərazi bütövlüyünü tanıyır. Bu isə Rusiyanın mənfi obrazını gücləndirdi. İndi Azərbaycana yönəlik çıxışlar edilir. Yəni Avropa və Qərb ölkələrinin Laçın sərhəd xidmətinin açılması üçün etdiyi müraciəti Rusiya Azərbaycana təzyiq kimi qiymətləndirir. Açıqlamalarda mesaj verilir ki, regiona yad olan Qərbdənsə, ənənəvi Rusiyanın vasitəçiliyini qəbul etmək daha məqsədəuyğundur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət