Hikmət Hacıyev "Forbes"in müəllifinə cavab verib
14:20 09.08.2023
Siyasət
576
“Evelina Oçab, sizin “Forbes” nəşrindəki məqaləniz reallığı təhrif edir, birtərəflidir və Ermənistanın təbliğat/dezinformasiya maşını tərəfindən istifadə olunur”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında (tviterdə) “Forbes” nəşrində məqaləsi dərc edilmiş Evelina Oçab adlı müəllifə müraciətlə yazıb.
“Siz bir insan haqları müdafiəçisi kimi Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların hüquqları və acınacaqlı vəziyyəti ilə bağlı məsələni heç vaxt qaldırmamısınız”, - o bildirib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan Ermənistanın 30 il dağıdıcı hərbi işğalından əziyyət çəkib:
“Azərbaycanın mülki əhalisi Ermənistanın mina terrorunun qurbanına çevrilib. Laçın yolu Ermənistan tərəfindən minaların qanunsuz dövriyyəsi üçün istifadə olunub. Amma siz bütün bunlara susqunluqla yanaşdınız”.
Prezidentin köməkçisi bildirib ki, Ermənistanın himayə etdiyi marionet rejim Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərini girov saxlayır:
“İnsan hüquqlarının müdafiəçisi kimi nəcib status neytral, siyasi manipulyasiyalardan uzaq, obyektivlik və ədalətli olmağı tələb edir. Təəssüf edirəm ki, sizin “Forbes”dəki məqalənizdə bunları görmədim”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət