Körpə göz önündə əriyir: Valideynləri dərmanlara baxa-baxa qalıb
Yusif Sultanoğlu
06:13 30.11.2023
Dünya
501
Malatyanın Doğanşəhər əyalətinin Kurucuova kəndində 2022-ci ilin 27 aprelində dünyaya gələn qızcığaza SMA xəstəliyi diaqnozu qoyulub. Körpə Berfin Adanın atası Cem Fırat, anası Helin Fırat övladlarını xəstəliyin cəngindən qurtarmaq üçün çalışıblar, lakin 6 fevral zəlzələsi ailənin ümidlərini bir daha qırıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, yaşanan fəlakətdə ailə bütün ev əşyaları ilə birlikdə qızlarının müalicəsi üçün içinə pul topladıqları sandıqçanı, qohumlarını, bu işdə onlara yardım edən könüllüləri də itiriblər. Zəlzələdən sonra ailə İzmirin Karabağlar bölgəsində məskunlaşıb. Körpənin anası Helin Fırat deyib ki, hamiləliyi normal keçib, heç bir anormallıq aşkarlanmayıb. Körpə dünyaya gəldikdn sonra da onun SMA xəstəsi olması bilinməyib. Yalnız 4 ayından sonra körpənin əllərini, qollarını tərpətmədiyini müşahidə ediblər. Həkimə getdikdə, aparılan müayinələr zamanı körpənin xəstəliyi məlum olub. 6 fevral zəlzələsi də ailəyə ikiqat fəlakət gətirib. Körpələrini həyata bağlamaq üçün çırpınıblar. “Zəlzələ baş verən gecə kəndə qar yağmışdı, fırtına başlamışdı. Zənn etdik ki, yerin tərpənməsi az sonra dayanar. Berfini qucağımıza alıb çarpayısının yanında dayandıq. Ev titrəyirdi, əşyalar ora-bura hərəkət edirdi. Qorxduq, atası Berfini qucağına alıb bayıra çıxdı. 2 gecə yük maşınının içində qaldıq. Berfinin nəfəs aparatına ehtiyacı vardı. Aparatımız olsa da istifadə edə bilmədik. Zorla çörək, pendir tapdıq, mən qızıma çörəyi özüm çeynəyərək yedirdim. Ertəsi gün bizə süd gətirdilər. Sonra Malatya hava limanına gəldik, qızımızın xəstə olduğunu söyləyib bizim ilk sıralarda təyyarəyə minməyimizi xahiş etdik. Təyyarə ilə İzmirə gəldik və indi burada yeləşmişik. Malatya valiliyi zəlzələdən öncə körpəmizin müalicəsi üçün ianə kampaniyası başlatmışdı. Kampaniya yarımçıq qaldı. Burada isə kimsəni tanımırıq” söyləyən Helin Fırat artıq çox yorulduqlarını deyib. Malatyada olarkən körpənin müalicəsi davam edib. Müalicə sayəsində əllərini, qollarını tərpətməyə başlayıbmış. Sonra isə müalicə dayandığından vəziyyəti yenə ağırlaşmağa başlayıb. Valideynləri körpə qızlarının sümüklərinin, əzələlərinin gündən-günə necə əridiyini çarəsizcə izləyir. Ürək, mədə, ağ ciyər əzələləri işləmir artıq. Hər saatdan bir körpənin nəfəs alıb-almadığını yoxlayır, süni nəfəs verir, əzələləri ovxalayırlar ki, fəaliyyətdən qalmasınlar. “Belə qorxu altında yaşayırıq”, söyləyən H.Fırat körpənin müalicəsi üçün lazım olan dərmanların reseptlərinə baxa-baxa qaldıqlarını, onları almaq üçün pulları olmadığını dilə gətirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual