Bakı-Sumqayıt-Bakı yoluna alternativ hazırlanıb -Detallar
Bakı-Sumqayıt-Bakı yoluna alternativ hazırlanıb -Detallar
14:09 19.02.2024
Sosial
551
Bakı-Sumqayıt-Bakı mövcud yoluna alternativ "Yeni yol" layihəsi hazırlanıb. Layihənin müəllifi nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovdur.
Yeni layihə ilə bağlı “Sherg.az”a açıqlama verən A. Əsədov layihənin şəhər yollarında tıxac məsələsinin həllinə dəstək məqsədi ilə hazırlandığını deyib:
“Bakının üç tərəfi təpəlik ərazi, bir tərəfi isə dənizdir.Bakının təpəlik reylef ərazidə yerləşməsi şəhərin giriş çıxış yollarının yaradılmasına maneə törətməkdədir. Bakının iki cənub, bir şimal girişi var. Digər ərazidən isə yoxdur. Şəhərin giriş- çıxışının məhdudluğu problemlər yaradır.Şəhər nəqliyyatına qoyulan investisiyaya baxmayaraq reylef sözünü deyir.
Layihə üç mərhələli olaraq Bakı șəhəri Binəqdi rayonu ərazisini, Abşeron rayonu ərazisini əhatə edir.
Birinci mərhələ Binəqədi rayonu 9 mkr ərazisində tikintisi aparılacaq tunel və ya dolay yol çəkilişi. Abşeron rayonu Masazır, Saray qəsəbələrini, Binəqədi rayonu Biləcəri, Binəqədi qəsəbələrini əhatə edəcəkdir.
İkinci mərhələ Küçələrin genişləndirilməsi ərazi üzrə yaşayış və qeyri yaşayış evlərinin satın alınması və plana düșəcək yaşayış və ya qeyri yaşayış sahələrinin təyin edilməsi və sökülməsidir.
Üçüncü mərhələ isə yol ilə kəsişəcək yol və qovşaqların tikilməsi və təyinidir”.
Ekspertin sözlərinə görə, “Yeni Yol”un böyük hissəsi Binəqədi rayonu Binəqədi, Biləcəri qəsəbələri və Abşeron rayonu Masazır qəsəbəsi ərazisinə düşür:
“İlkin mərhələdə 2 gediş, 2 gəliş olmaqla 4 zolaqlı olması nəzərdə tutulur. Torpaq yatağının eni 16 m. Gələcək perespektivdə 8 zolağa genişləndirmək mümkün ola bilər. Layihə bu əraziləri əhatə edəcəyi planlaşdırılır. Bakı -Sumqayıt şəhəri istiqamətində 4-cü mikrorayon dairəsi, 9-6-cı mikrorayonların ərazisi,Zərifa Əliyeva adına Göz Klinikasının yaxınlığı, Mircəlal küçəsi,Cavadxan küçəsi, Heydər məscidinin yaxınlığı-Həmzə Babaşov küçəsi-Rezervuar küçəsi təklif edilən küçələrdir. Biləcəri məscidinin yanı- Məmiş Abbasov küçəsi, Nəsimi küçəsi-Yəhya Hüseynov küçəsi- Əhməd Qasımov küçəsi kəsişməsi (Mehriban marketin yanı)-Əhməd Qasımov küçəsi-Baksolyolu kəsişməsi - Məlik Abbasov küçəsi-1-ci mədən küçəsi-Binəqədi qəsəbəsi Neftlə çirklənmiş ərazilər. Əlağa Şıxlınıski küçəsi (Duz zavodunun yanı)-Mübariz İbrahimov kəsişməsi düz istiqaməti-llqar Abdullayev kəsişmə-Saray-Novxanı yolu-Heydər Əliyev küçəsi-General Məhəmməd Əsədov küçəsi-Son məntəqə Sumqayıt şəhəri Daş tikinti bazarının yanı. 30 irili-xırdalı küçə kəsəcək. Düz xətt boyunca 16 km əhatə edəcək. Düzxət boyunca 9 km. Smeta xərcləri iki hissəyə ayrılır. Torpaq sahələrinin satınalınması və yol yatağının salınmasına və çəkilməsinə ayrılan vəsait. Layihənin icra müddəti isə 3 il planlaşdırılıb”.
Ekspertin sözlərinə görə, yeni yol çəkilərsə ərazidə xüsusən Biləcəri,Binəqədi, Novxanı,Masazır ərazisində mənzil qiymətləri dəyişəcək. Məşğulluğun, yeni iş yerlərinin açılması baş verəcək və yerli ərazi mərkəzi tipik ərazi sisteminə daxil olacaqdır: “Kanalizasiya, içməli su, internet kimi sosial layihələrin tipik həllərində sıçrayış olacaq. Torpaq və yaşayış sahələrinin qiymətlərinin artması, Biləcəri, Masazır, Saray, Novxanı qəsəbələrinin Nəsimi metrosuna əlçatanlığını asanlaşdıracaq. Kanat, Funklyor inşaası ilə ərazidə şəhər turizminin inkişafı, turizmin digər elementlərini bariz göstərəcək. Yeni marşurut xətlərinin çəkilməsi və ərazidə sərnişin daşımanın rahatlılığını təmin edəcəkdir. Ərazidə yerləşən Biləcəri dəmir yol stansiyasının əhəmiyyəti artacaq, digər şəhər və rayonlara gediş-gəlişi asanlasdıracaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm