Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri Məhkəmə-Hüquq Şurasına həvalə edilir
Yusif Nəzərli
11:06 20.02.2024
Sosial
342
Layihədə Ədliyyə Nazirliyinin məhkəmələrin işinin təşkili sahəsində həyata keçirdiyi bir çox səlahiyyətlər Məhkəmə-Hüquq Şurasına həvalə edilir.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentə tövsiyə olunan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Ətraflı
Layihəyə əsasən, məhkəmə statistikasının aparılması, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər görmək, birinci və apelyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq, həmçinin birinci instansiya məhkəmələrində sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə etmək, birinci instansiya məhkəmələrinin hakimlərini onların razılığı ilə digər məhkəməyə ezam etmək, onlara məzuniyyət vermək, həmin məhkəmələrin aparatlarının strukturunu və ştat cədvəlini təsdiq etməklə bağlı hüquqlar Məhkəmə-Hüquq Şurasına aid edilir.
Digər dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının hakimlər barəsində intizam icraatının başlanılması barədə müraciət etməsi imkanı və hakimlərin həmin orqana ezam edilməsi qanundan çıxarılır. Hakimlərin öz razılığı ilə Məhkəmə-Hüquq Şurasının Aparatına ezam müddəti isə 1 ilədək müddətə azaldılır. Bundan başqa, layihədə Məhkəmə-Hüquq Şurasının hər hansı müraciət olmadan qanunla müəyyən edilmiş hallarda bütün instansiya məhkəmələrinin hakimləri barəsində intizam icraatı başlamaq vəzifəsi qeyd olunur.
Dəyişikliklərin 2024-cü il iyunun 1-dən qüvvəyə minməsi təklif olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm