
Ekoloq: Azərbaycan Xəzərin təmizlənməsinə xüsusi həssaslıqla yanaşır
12:48 27.06.2024
Sosial
623
Xəzər dənizindəki problemin həlli istiqamətində bir sıra layihələr həyata keçirilib. Lakin görüləcək işlər çoxdur.
Bu fikirləri BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə birgə keçirdiyi brifinqdə deyib.
“Bu mənada əsas yük beş Xəzəryanı ölkənin üzərinə düşür ki, onlar birgə səylər göstərməlidirlər. Mən bu gün cənab nazirlə müzakirəmdə də bunu xüsusilə qeyd etdim. Biz dünyanın ən böyük gölünü qorumalıyıq. İqlim dəyişikliyi yağışın və qarın həcminə təsir edir. Biz bu istiqamətdə müzakirələrimizi mütləq formada davam etdirməli və sürətləndirməliyik”, - o əlavə edib.
Ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, Xəzər dənizi milyon il əvvəl formalaşan və Qafqaz dağları yarandıqca ortaya çıxan dənizdir:

“Vaxtilə Xəzər dənizi ilə Qara dəniz alt Himalay qurşağında su altında qalan dənizlərdir. Hazırda Xəzər dənizinin səviyyəsi aşağı düşməkdədir. Bu o demək deyil ki, Xəzər yaxında quruyacaq. Xəzər dənizi xüsusən Qazaxıstanın və Türkmənistanın SSRİ tərkibində olduğu vaxt ekoloji cəhətdən çox çirklənmişdi. Dəniz neft və sənaye tullantıları ilə çirkli idi. Bu eləcə də Türkmənistana və Rusiyaya da aiddir. Hətta Həştərxan, Volqoqrad ərazisində axıdılan çirkab suları Xəzər dənizinə gəlirdi. Müstəqillik dönəmində Azərbaycan Respublikası Xəzərin təmizlənməsinə xüsusi həssaslıqla yanaşmağa başladı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Xəzərdən neft çıxaran digər ölkələr də Xəzəri çirkləndirməmək haqqında öhdəlik götürdülər. Azərbaycan dövləti tərəfindən öhdəlikdən əlavə Xəzər və Xəzər ətrafının həm sularının, həm də torpaqlarının çirkabdan təmizlənməsi üçün tövsiyyələr olundu. Eyni zamanda SOCAR Azərbaycanda Xəzər suyunun, Abşeron yarımadasının sovet dönəmindən qalmış çirkabların təmizlənməsində üzərinə düşənləri etdi və etməyə də davam edir. Sovet dönəmində Sumqayıt şəhəri sənaye şəhəri olduğu üçün, ağır kimyəvi maddələr və məhsullar orada istehsal edilirdi. Həmin çirkab suları da Xəzərə axıdılırdı. Xəzərin sahilində neft fabrika zavodlarımız var idi. Dövlət onları müxtəlif yerlərə köçürməklə məsələni həll etdi. Sumqayıtdakı bir çox fabrik və zavodların çoxu nanotexnologiyalar ilə təmin olunduğu üçün çirkab sularının Xəzərə axıdılmasının biraz qarşısı alındı. Xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərin qorunmasında məsuliyyət daşıdığı üçün Xəzər sularının qorunmasına nəzarət edir. Rusiyanın əsarətində olduğumuz dövrə nisbətən Xəzərdə xeyli canlanma müşahidə olunur. Ancaq çirkab sularının axıdılması və əhalinin Xəzərə tullantılar atması davam edir. Çimərlik sezonlarında Xəzərə atdığımız zibillər dənizdə flora və faunaya zərər verir. Əsas zərər verən amillər isə kimyəvi zavodların buraxdığı tullantılardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya
Yaşıl ulduz kəşf edildi
11:25 21.10.2026
Maraqlı
Ordubadın dağlıq ərazilərinə qar yağdı
11:22 21.10.2026
Ekologiya
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
10:52 21.10.2026
Hadisə
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
10:50 21.10.2026
Hadisə