
Ekspert: Turizm yenidən canlanır
13:39 20.02.2024
Sosial
634
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın 152 ölkəsindən 165,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, gələnlərin 27,5 faizi Rusiya Federasiyası, 19,8 faizi Türkiyə, 9,7 faizi İran, 6,1 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Qazaxıstan, 2,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,5 faizi Pakistan, 2,4 faizi Küveyt, 2,0 faizi Özbəkistan, 1,8 faizi Oman, 1,5 faizi Türkmənistan, 1,3 faizi Ukrayna, 1,0 faizi Belarus, 10,4 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 74,2 faizini kişilər, 25,8 faizini qadınlar təşkil edib.
Maraqlıdır, bu ay göstəricinin artmasının səbəbi nədir? Ümumiyyətlə, daha çox əcnəbi cəlb etmək üçün hansı addımlar atılmalıdır?
Məsələni dəyərləndirən turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov "Sherg.az"a bildirib ki, statistika turizmin əvvəlki dövrünə qədəm qoyduğunu bir daha sübut edir:

"Dünya üzrə 2022-ci ildə təxminən 70 faizə yaxın, 2023- cü ildə 95 faiz turizm bazarı bərpa olunub. Azərbaycan bu göstəricilərdən geri qalsa da, artım müşahidə olunur. Bu gözlənilən vəziyyət idi. Azərbaycanda quru sərhədlərin qapalı olduğuna görə, hava yolu ilə uçuşların sayı artır. Bu səbəbdən bilet qiymətləri optimallaşdırılsa, gediş-gəliş daha çox olar. İstənilən halda nəqliyyat qiymətləri turizm paketlərinin içərisində xüsusi əhəmiyyətə malikdir. Yəni, başqa yerlərə səfər etmək üçün əsas səbəblərdən biri də həmin ölkənin əlçatanlılığıdır. Burda tək viza prossedurlarının sadə yolla əldə edilməsi deyil, eyni zamanda nəqliyyatın daha uyğun qiymətə ərsəyə gəlməsidir. Ona görə də bu sahədə tədbirlər genişləndirilməlidir. Artıq bir neçə ölkədə viza ləğv olunub, prosses sadələşdirilib. Bu qərar daha çox ölkəni əhatə etməlidir. Çünki əsas hədəf bazarlarından Azərbaycana gəlişi təmin etmək üçün viza ləğv olunmalıdır. Ona görə ki, viza rüsumu o dərəcə də gəlir gətirmir. Əslində turizm fəaliyyəti xidmət ixracı hesab olunur və nəticə olaraq ölkəyə xarici valyuta daxil olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm