FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib
11:26 19.02.2024
Sosial
738
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələrin icrasına dair xidməti müşavirə keçirilib.
Sherg.az FHN-ə istinadən xəbər verir ki, müşavirədə Xidmət rəisi daxili xidmət general-mayoru Asif Məmmədli, Nazirliyin Daxili təhlükəsizlik Baş idarəsinin rəisi polkovnik Seymur Qaraşov və Xidmətin məsul şəxsləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Asif Məmmədli ötən il baş vermiş yanğın hadisələri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilmiş tədbirlər, cari il üçün qarşıda duran məsələlər haqqında geniş məlumat verib.
Xidmət rəisi çıxışında, həmçinin baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması zamanı ilkin və ardıcıl məlumat mübadiləsi, hadisəyə çevik reaksiyavermə, yanğın hadisələrinin operativ söndürülməsinin təşkili, şəxsi heyətin peşə hazırlığının daim yüksək səviyyədə saxlanılmasının zəruriliyini qeyd edib.
Nazirliyin Daxili təhlükəsizlik Baş idarəsinin rəisi polkovnik Seymur Qaraşov çıxışında Xidmətdə nizam-intizamın daim yüksək səviyyədə saxlanılmasının vacibliyini bildirib.
Tədbirdə digər çıxış edənlər ötən il ərzində görülmüş işlər, o cümlədən peşə və döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində atılmış addımlardan danışıblar.
Müşavirədə cari il ərzində xidmətin yüksək səviyyədə saxlanılması və qarşıda duran digər məsələlər ətrafında geniş müzakirə aparılıb, müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm