
İran və Azərbaycan liderlərinin görüşü:“Bu, yeni imkanlar qazandıracaq”
Yusif Nəzərli
11:55 22.11.2021
Siyasət
912
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə noyabrın 22-də mətbuat konfransı keçirib. S.Xətibzadə konfransda bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşü çərçivəsində görüşə bilər.
O, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərinin mühüm olduğunu və konstruktiv keçdiyini də vurğulayıb.
Qeyd edək ki, Ş.Mustafayev noyabrın 21-də İranda səfərdə olub, bu ölkənin xarici işlər naziri Hüseyn Əmirabullahianla görüşüb.

İran və Azərbaycan liderlərinin görüş ehtimalını "Sherg.az"a şərh edən politoloq Sədrəddin Soltan açıqlamasında bildirib ki,prezidentlərin görüşləri həmişə tərəflər üçün xoş hadisə olub:
"Bu, əməkdaşlıqda yeni imkanlar qazandırır. İranın Azərbaycanla bağlı iddialarından sonra belə görüşün keçirilməsi yaxşı addım sayıla bilər. Dünən Azərbaycan baş naziri Şahin Mustafayevin Tehrana səfəri, İranla iqtisadi əlaqələrə dair bir sıra məsələləri müzakirə etməsi həmin məsələlərin prezidentlər tərəfindən dəyərləndirilməsinə imkan verir. Aşqabad sammitində yeni sənədin imzalanacağını güman etmirəm. Aşqabad toplantısında gələcəkdə tərəflər arasında görüşün keçirilməsi ilə bağlı razılıq əldə edilə bilər. İbrahim Rəisi İranın yeni prezidentidir. Azərbaycan prezidenti ilə baş tuta biləcək görüş tərəflər arasında ilk görüş olacaq. Dövlət rəhbərləri tanış olacaqlar, müəyyən məsələlərə münasibətlərini bildirəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladı
17:57 20.11.2026
Dünya
KİV: ABŞ və İsrail İrana hücumu nəzərdən keçirir
17:10 20.11.2026
Gündəm