Maaşlar yenidən artacaq - RƏSMİ
11:02 09.06.2023
İqtisadiyyat
987
Ötən gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu il orta aylıq əməkhaqqının 1000 manata yaxınlaşacağının proqnozlaşdırıldığını qeyd edib.
2018-ci ildə leqal əməkhaqqı fondu 8 milyard manat idisə, hazırda bu rəqəm 18 milyard manata yaxındır - deyə A.Əliyev əlavə edib.
Qarşıdakı aylarda əməkhaqqında artım gözlənilir ?
Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, 2023-cü il üçün proqnoza görə, bu il orta aylıq əməkhaqqı təxminən 12 faizə qədər artacaq.
"2023-cü ilin geridə qalan aylarında orta aylıq əməkhaqqındakı artım tempi davam edir. Bu ilin ilk rübündə orta aylıq əməkhaqqında 11,4 faiz artım qeydə alınıb. Bu isə ondan xəbər verir ki, bütövlükdə 2023-cü ilin növbəti aylarında əməkhaqqı artımlarının davam edəcəyini proqnozlaşdırırıq. Nəzərə alsaq ki, 2022-ci ildə orta aylıq əməkhaqqı 14,7 faiz artdı və bu ilin ilk ayından etibarən minimum əməkhaqqının artırılması ilə bağlı qərar verildi, eləcə də bir sıra sektorlarda əməkhaqqının artırılması ölkə üzrə əməkhaqqına təsir göstərdi. Bu baxımdan təbii ki, bizim də 2023-cü il üçün proqnozumuz ondan ibarətdir ki, bu il orta aylıq əməkhaqqı təxminən 12 faizə qədər artacaq. Ortaq aylıq əməkhaqqının artması bir tərəfdən fərqli sektorda çalışan vətəndaşlarımızın gəlirinin artması baxımından çox vacibdir. Digər bir tərəfdən isə pensiyaların indeksasiyasına təsir edəcək, yəni 2023-cü ildəki orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq pensiyalar indeksasiya olunaraq artırılacaq. Ona görə də əməkhaqqı artımları növbəti aylarda da davam edəcək", - deyə V.Bayramov əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə