Türkiyə nümayəndə heyəti Bakıda: Orduda aparılan islahatlar müzakirə olunub
Yusif Nəzərli
14:25 18.12.2024
Hərbi
429
Azərbaycanda səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi türkiyəli nümayəndə heyəti Azərbaycan Ordusunun rəhbər vəzifəli şəxsləri ilə bir sıra işgüzar görüşlər keçirib.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, türkiyəli qonaqlarla görüşən Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Quru Qoşunları Komandanı general-polkovnik Hikmət Mirzəyev qonaqları salamladıqdan sonra onlara Azərbaycan Ordusunun Quru Qoşunlarının xidməti-döyüş fəaliyyəti, həyata keçirilən islahatlar, Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində görülən işlər və qazanılan uğurlar haqqında danışıb.
Qardaşlıq və dostluq üzərində qurulan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının Ordumuzun Quru Qoşunlarının formalaşması və inkişafında çox vacib yerə malik olduğu ifadə edilib.
Səfər çərçivəsində Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində davam edən görüşdə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyətini salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib və qonaqlara mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.
Azərbaycan və Türkiyə arasında mövcud hərbi əməkdaşlığın Hərbi Hava Qüvvələrimizin inkişafında da çox vacib yerə malik olduğu ifadə edilib və bunun hərbi aviasiyamızın arsenalının gücləndirilməsində əhəmiyyəti xüsusi vurğulanıb.
Daha sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrində olan türkiyəli qonaqlar Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsini müvəqqəti icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov ilə görüşüblər.
Hərbi Dəniz Qüvvələrinin əsas bazası ilə tanışlıq zamanı Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyətinə buranın fəaliyyəti barədə ətraflı məlumat verilib, Azərbaycan və Türkiyə hərbi dənizçilərinin beynəlxalq təlimlərdə qazandığı uğurlardan danışılıb.
Görüşdə, həmçinin birgə təlimlərin, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti, eləcə də digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya