“Spice Girls” qrupunun keçmiş üzvü, 52 yaşlı Melani Çisholm (Mel C) ailə həyatı qurub.
OLAY yazır ki, onun həyat yoldaşı özündən 10 yaş kiçik olan avstraliyalı model və ssenarist Kris Dinqvoll olub.
Qapalı və kiçik tərkibli toy mərasimi İngiltərənin şimal-qərbində yerləşən “Country House Cumbria” malikanəsində baş tutub. Qonaqlar arasında isə Melaninin Spice Girls qrupundakı həmkarları — Emma Banton, Mel Bi və Ceri Halliuell-Horner də yer alıblar.
Mərasimdə iştirak etməyən yeganə qrup üzvü Viktoriya Bekhem olub.