Azərbaycanlı diplomat BMT-də yüksək vəzifəyə təyin edilib
17:12 08.08.2023
Siyasət
595
BMT-nin baş katibi Antoniu Quterreş qurumun azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstanda Yardım Missiyasında (UNAMA) Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini, eyni zamanda, BMT-nin Rezident və Humanitar Əlaqələndiricisi Ramiz Ələkbərovu yeni vəzifəyə təyin edib.
Bu barədə “Report”un ABŞ bürosuna BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq məlumat verib.
O bildirib ki, R.Ələkbərov beynəlxalq təşkilatın Efiopiyadakı rezident-koordinatoru vəzifəsinə təyin olunub. F.Haq əlavə edib ki, BMT baş katibi R.Ələkbərova bölgədə təşkilatın humanitar məsələlər üzrə əlaqələndiricisi vəzifəsini də həvalə edib.
Qeyd edək ki, R.Ələkbərov ötən üç il ərzində BMT-nin Əfqanıstandakı fəaliyyəti müddətində uğurlu işi, defakto hakimiyyətlə əfqan qadınların və qızların hüquqlarının bərpası üçün mübarizəsi və bölgədə baş verənlərlə bağlı mütəmadi olaraq jurnalistləri məlumatlandırması ilə yadda qalıb. O, daha öncələr BMT-nin Əhali Fondunun Ərəb Dövlətləri üzrə Regional Bürosunun regional direktorunun müavini (2014–2015) və Cənubi Sudandakı Ofisinin rəhbəri (2010) vəzifələrində çalışıb. R.Ələkbərov 2020-ci ilin fevral ayından iyul ayına qədər UNFPA-da İdarəetmə üzrə İcraçı direktorun müavini və Baş katibin köməkçisi vəzifələrində çalışıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi