Yeni "pəncərə":“Türkiyə arxivindəki erməni cinayətlərinə dair materiallar...”
Fidan Həmişəyeva
13:52 27.04.2021
Tarix
728
Dünən Ermənistanın müharibə cinayətləri Türkiyə parlamentində müzakirə olunub. Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun iştirakı ilə parlamentdə "İkinci Qarabağ müharibəsi və Ermənistanın Hərbi Cinayətlər Paneli", "Hərbi Cinayətlər Fotoşəkil Sərgisi" keçirilib.
Tədbirdə 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə qarşı haqsız ittihamlar və iddialar, "İkinci Qarabağ müharibəsindəki müharibə cinayətləri", insan hüquqlarının pozulması siyasi, hüquqi, elmi, akademik baxımdan dünyaya çatdırılması üçün ictimailəşdirilib.
Siyasi elmləri doktoru, politoloq Cümşüd Nuriyevin “Sherg.az”a açıqlamasına görə, TBMM-də erməni vəhşiliklərinin müzakirəsi çox lazımlı bir məsələdir:
“Türkiyə gərək bu mövzunu çoxdan müzakirə edərdi. Çünki ötrən əsrin əvvəllərində genosidə məruz qalan məhz türklər olub, nəinki ermənilər. Ancaq türk ordusunda erməni kökənli 17 general, 365 yüksək rütbəli zabit, 1700 nəfərdən çox aşağı zabit heyəti və 7780 əsgər olub. Yəni türk ordusunda 9 minə yaxın erməni olubsa, burada hansı soyqırımıdan danışmaq məsələsi gündəmə gəlir. Yaxşı olar ki, parlamentdə Sarıqamış və Ərzurumla bərabər müasir dövrdəki erməni vəhşiliklərini gündəmə gətirsinlər. 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, İrəvanda və Naxçıvanda törədilən vəhşiliklər də müzakirə olunmalıdır. Həmçinin son 30 ildə ermənilərin əvvəlcə Qaradağlıda, sonra da Meşəli, Malbəylidə törətdikləri və əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı gündəmə gətirilməlidir”.
“Türkiyə parlamentində erməni cinayətlərinə dair məsələlərin müzakirəsi hansı effekti verəcək?” sualına gəlincə, C.Nuriyev vurğulayıb ki, erməni cinayətlərinin gündəmə gəlməsi və Türkiyə arxivində olan materialların üzə çıxması çox mühümdür:
Türkiyə ərazisində 80 minə yaxın Ermənistandan keçən erməni var. Onlar deportasiya olunmalıdır. Əks halda birmənalı şəkildə Ermənistandan imtina etməlidirlər. Çünki Türkiyə Prezidenti də erməni keşişinə məktub ünvanlayıb. Türkiyədəki ermənilər ya həqiqəti dillərinə gətirməli, ya da Türkiyəni tərk etməlidirlər. Heç bir erməni soyqırımı olmayıb.
Türkiyənin parlamentdə ermənilərlə bağlı mövuzunu müzakirə etməsi yeni bir istiqamət açacaq. Azərbaycan olaraq hər zaman qardaş ölkənin yanındayıq. Nə qədər ki, Türkiyə 44 günlük müharibə vaxtı yanımızda oldu, biz də qardaş ölkəni dəstəkləyirik. Azərbaycan Prezidenti də hər zaman bunu elan edir. Azərbaycan ziyalılarının da borcudur ki, hamılıqla birlikdə Amerikanın ağılsız və düşünülməmiş, amma həddindən artıq riyakar mövqeyini gündəmə gətirməklə onların törətdikləri bütün vəhşilikləri və soyqırım aktlarını dünyaya bəyan edək.
Ona görə də məhz TBMM-də ermənilərin müharibə cinayətlərinə dair müzakirələrin yer alması yeni siyasi pəncərənin açılmasına səbəb olacaq. Bu da bizə lazım idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm