Şuşada ASAN-ın elektron sənəd dövriyyəsinin tətbiqinə başlanıldı - FOTO
Yusif Nəzərli
07:03 22.11.2021
Gündəm
532
Bu gündən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi” (MESD) proqramının tətbiqinə başlayıb.
Şuşa Qoruq İdarəsindən verilən məlumata görə, proqram sənədlərin icrasında operativliyin və effektivliyin artması, müvafiq dövlət qurumları ilə rabitənin möhkəmlənməsinə töhfə verəcəkdir.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov bildirib ki, Şuşa özünün intibah dövrünü yaşayır, şəhərdə irihəcmli infrastruktur layihələri həyata keçirilir, erməni işğalı zamanı dağıdılmış tarixi abidələr bərpa olunur:
“Bir çox yerli və xarici şirkətlər Şuşanın bərpasında iştirakdan qürur duyur, amma bu işlərin operativ təşkili, həm dövlət, həm də özəl şirkətlərlə sənəd dövriyyəsinin müasir formada təmin olunması vacib prioritetlərdən birinə çevrilib. Müasir tələblərə cavab verən hər bir təşkilatda sənəd dövriyyəsinin elektronlaşdırılması tapşırıqların icrasının effektivliyini, əməkdaşın iş qabiliyyətini və bacarıqlarını müəyyən edən əsas amillərdən biridir. Bu baxımdan qeyd olunan sahədə böyük təcrübə qazanmış “ASAN” Xidmətlə əməkdaşlığa başlamağımızı vacib mərhələ kimi qiymətləndiririk”.
Noyabr ayının 17-də “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin (EHİM) direktoru Fariz Cəfərov Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbərliyi və əməkdaşları üçün MESD, “ASAN Login”, “myGov”, İnsan resurslarının idarə olunması sistemi və digər uğurlu layihələr haqqında ətraflı məlumat verib. Təqdimat zamanı Fariz Cəfərov dövlət qurumları tərəfindən göstərilən xidmətlərin “ASAN” Xidmət indeksi vasitəsilə qiymətləndirildiyini bildirib.
Treninqin sonunda süni intellekt, “Big Data” texnologiyasına artan tələbat və 4-cü sənaye inqilabı dövründə Azərbaycanın çağırışları mövzusunda da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladı
17:57 20.11.2026
Dünya
KİV: ABŞ və İsrail İrana hücumu nəzərdən keçirir
17:10 20.11.2026
Gündəm