Media.az-ın baş redaktoru erməni jurnalistə: “Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”
14:44 11.06.2023
Aktual
559
Azərbaycan daim humanitar şüarlarla çıxış edir. Mənim yadıma gəlmir ki, bizim ölkədən kimsə açıq şəkildə sülh müqaviləsinin imzalanmasına etiraz etsin, təəssüf ki, qonşularımızda bunu görmürük. Bu səbəbdən də Azərbaycanın Ermənistan tərəfinə inamı yoxdur. Əgər biz mütəmadi olaraq xəbərlərdə İrəvanda insanların sülhə etiraz etdiyini görürüksə, Ermənistandan gələn hər hansı təşəbbüsdən necə danışmaq olar?
"Report" xəbər verir ki, bunu Media.az xəbər portalının baş redaktoru Cəmilə Ələkbərova CBC telekanalında Bakı-İrəvan telekörpüsü zamanı deyib.
O, Ermənistandan olan jurnalistin Azərbaycanın guya Laçın yolunu “bağlaması” ilə bağlı ittihamlarını da təkzib edib.
"Blokadada yolun hər iki tərəfdən bağlanması nəzərdə tutulur. Bu zaman həm Rusiya sülhməramlılarının, həm də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşınları Laçın yolundan sərbəst hərəkət edir. Hazırda ermənilər sərbəst şəkildə sərhəd-keçid məntəqəsindən keçirlər”, - C.Ələkbərova bildirib.
Erməni jurnalistin sülh müqaviləsi ilə bağlı açıqlamalarına münasibət bildirən Cəmilə Ələkbərova qeyd edib ki, həmin ölkənin baş naziri Nikol Paşinyanın fikrincə, Azərbaycanın təklif etdiyi beş bənd Ermənistan tərəfi üçün məqbuldur.
“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin son görüşündən əvvəl Nikol Paşinyan açıq şəkildə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır”, - C.Ələkbərova vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya