"Qubad qorxaqdır, FETÖ ilə əlaqəsinin..." - Novella Cəfəroğlu
Yusif Nəzərli
10:33 08.08.2023
Aktual
736
Sosial şəbəkələrdə Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb.
Məlumatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən təsdiqləyiblər.
Bildirilib ki, cinayət işi ilə əlaqədar axtarışda olan Fazil Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən həbs olunub və istintaqa təhvil verilib.
Məsələyə münasibət bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu "Sherg az"a bildirib ki, məhkəmə prosesinin sonunu gözləmək lazımdır:
"Mən hesab edirəm ki, bu işi çox da şişirtmək lazım deyildi. Yəni daxildə həll etmək olardı. Ümumiyyətlə Qubad İbadoğlunun FETÖ ilə bağlı olduğuna inanmıram. Çünki o suyu belə üfürə-üfürə içir. Amma Türkiyənin bu işə qarışması bəzi suallar yaradır. İndi gözləyək, görək, sonu necə olacaq".
N.Cəfəroğlu əlavə edib ki, Q. İbadoğlunu ev dustağı edib, təhqiqatı aparmaq olar:
"Qubad ibadoğlu dünyada tanınmış iqtisadçıdır. Onu ABŞ tanıyır və İngiltərənin məşhur universitetində dərs deyir. Yəni elə şeylər var ki, güzəştə getmək olar. Ən azından Qubad İbadoğlunu ev dustağı edib, təhqiqatı aparmaq olar. Ona görə ki, xəstə adamdır. Ümumiyyətlə onun FETÖ ilə əlaqə quracağını düşünmürəm. Çünki FETÖ ilə işləyən "qurd ürəyi yeməlidir". Qubad isə qorxaq adamdır. Yenə də məhkəmənin sonunu gözləmək lazımdır".
Qeyd edək ki, 15 gün əvvəl Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
İstanbul şəhərində yaşayan Fazil Qasımov isə Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib. Hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi