
Qarabağ erməniləri tərəf deyil - ŞƏRH
11:53 11.08.2023
Siyasət
618
"Dövlətin öz vətəndaşları ilə danışması üçün xarici vasitəçilərə ehtiyacı yoxdur" 
Azərbaycan hökuməti hər hansı formada “Xankəndi ilə dialoq” adı verilən, Xankəndidəki bir ovuc terrorçunu "tərəfə" çevirməyə hesablanan bütün təkliflərdən imtina edib. Rəsmi Bakı Qarabağdakı erməni icması məsələsinin Azərbaycanın daxili işi olduğunu bildirib. Sadəcə erməni icmasının nümayəndələrinə reinteqrasiya məsələsini müzakirə etmək təklifi verilib. Separatçı-terrorçuların başçısı Araik Arutyunyan isə “Bakı ilə dialoq” məsələsindən danışarkən deyib ki, Qərb “üçüncü ölkədə” belə bir “dialoq” keçirməklə bağlı təklif verib. Separatçı bildirib ki, bu təklifi qəbul ediblər, çünki “beynəlxalq formata” yaxın olub: “Ancaq Bakı belə bir formatdan imtina etdi".
Millət vəkili Nəsib Məhəməliyev hesab edir ki, separatçı Araik Arutyunyan bəzi "vasitəçilərin" Bakı ilə dialoqun üçüncü ölkədə keçirilməsini təklif etdiklərini dedikdə, sırf ermənipərəst mövqeləri ilə seçilənləri nəzərdə tutur. Deputatın qənaətincə, uzun müddətdir Ermənistan, dünya erməniliyi və Qarabağdakı separatçılar bütün mümkün variantlardan istifadə etməklə, Minsk qrupunu dövriyyəyə çıxarmağa çalışırlar:

"Azərbaycan Prezidentinin prinsipial mövqeyi nəticəsində Minsk qrupunun fəaliyyətinə imkan verilmədi. Bənzər formatları da qəbul etmirik. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdırlar və ölkəmizdə yaşayan digər etniklərin mənsub olduğu hüquqlar, onlara da şamil olunur. Deməli, dövlətin öz vətəndaşları ilə danışması üçün xarici vasitəçilərə ehtiyacı yoxdur. Praktika göstərir ki, istənilən münaqişənin tənzimlənməsində iştirak edən vasitəçilər, yalnız öz maraqlarını güdür. Biz 30 il ərzində Minsk qrupu həmsədrlərinin timsalında bunu gördük. Ələlxüsus, həmin "vasitəçilərin" fəaliyyəti indidən bəllidir və Rusiyanın mövqeyi ilə üst-üstə düşür".
Parlamentari qeyd edib ki, Qarabağ ermənilərini "tərəf" kimi göstərməklə, uzunmüddətli, mənasız danışıqlar prosesinə başlasınlar: "Buna qətiyyən getmək olmaz. Dialoq yerli icmalar səviyyəsində və yalnız Azərbaycan ərazisində aparılmalıdır. Belə bir görüş baş tutub. Cənab Prezidentin təyin etdiyi nümayəndə ilə Qarabağ erməniləri ilk dəfə qarşı-qarşıya gəliblər. Düzdür, həmin görüşdə rusiyalılar da iştirak ediblər. Düşünürəm ki, üçüncü tərəfin iştirakı olmadan belə görüş baş tuta bilər və heç bir problem olmaz. İstənilən xarici ölkədə və üçüncü dövlətlərin nümayəndələrinin iştirakı, separatçıların tərəf kimi qəbul edilməsi deməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət