Audiovizual Şuranın iclası keçirilib
11:24 11.08.2023
Media
1552
11 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmişdir. İclasda bir sıra məsələlər müzakirə olunmuşdur.
İlk olaraq, Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanallarının multipleks operatorlarının istifadəsinə verilməsi üçün elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş ərizəçilərin ("ATV Plus" MMC və "AzəriGlobalServis" QSC) müsabiqəyə buraxılması haqqında müvafiq qərar qəbul edilmişdir. Qərara əsasən, müsabiqə komissiyası iddiaçıların sənədlərini və təkliflərini araşdırıb 15 gün ərzində Şura üzvlərinə öz rəyini bildirəcək və bundan sonra Şura müsabiqənin qalibini müəyyən edəcəkdir.
Daha sonra iclasda "Konnekt" QSC-nin peyk yayımı həyata keçirməyən platforma yayımçısı kimi təsisçisi olduğu televiziya kanallarının adlarının və yayım janrlarının dəyişilməsi ilə bağlı Şuraya edilmiş müraciətlərə baxılmışdır. "Konnekt" QSC-nin təsisçisi olduğu peyk yayımı həyata keçirməyən platforma yayımçılarının adlarının və yayım janrlarının (film-kino janrlı "CTVHD", film-kino janrlı "CTVHD1" və film-kino janrlı "CTVHD2") dəyişilərək müvafiq olaraq film-kino janrlı "CTV Movies", musiqi-əyləncə janrlı "CTV Music" və uşaq proqramları janrlı "CTV Kids" kimi yenidən rəsmiləşdirilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir.
İclasda, həmçinin, "STREAMHUB AZ" MMC-nin universal platforma operatoru (xidmət adı: "TV24" olmaqla) lisenziyasının verilməsi üçün Şuraya müraciətinə baxılmış və ərizəçiyə müvafiq lisenziyanın verilməsi barədə qəbul olunmuşdur.
Eyni zamanda, "İzone" MMC-dən ona verilmiş 26.12.2022-ci il tarixli UPO-017 qeydiyyat nömrəli universal platforma operatoru lisenziyasının ləğv olunması barədə Şuraya müraciətinə baxılaraq həmin lisenziyanın ləğv edilməsi barədə müvafiq qərar verilmişdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət