Ekspert: Gecikmə olmadan psixometrik testin keçirilməsi vacibdir
11:36 19.12.2024
Sosial
506
“Dövlət İmtahan Mərkəzinin saytında müvafiq keçid var və biz müraciət edənlərə psixometrik testlərlə hansı sahədə özünü inkişaf etdirəcəyini müəyyənləşdirib məsləhətlər veririk”.
Bunu Azərbaycan Karyera İnkişaf Forumunda DİM sədri Məleykə Abbaszadə deyib.
“Biz hələ ki bu testləri 14-15 yaşlı uşaqlar üçün individual qaydada keçiririk. Amma bu gün DİM-də məktəb direktorları ilə görüş var. Biz təklif edəcəyik ki, direktorlar müraciət etsin, biz bütün şagirdlərin bu testlərdən keçirilməsini təmin edək”, - o vurğulayıb.
Məleykə Abbaszadə qeyd edib ki, bu, tam elmi əsasları olan alətdir, bu testlər yerli mütəxəssislər tərəfindən hazırlanıb: “Geniş auditoriyada tətbiqi və internet üzərindən keçirilməsi üçün də işlər aparırıq”.
Məleykə Abbaszadə deyib ki, bu testlər gənclərin kor-koranə ixtisas seçimi etməsinin qarşısını alacaq.
Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a bildirib ki, şagirdlərin psixometrik testdən keçmələri uyğun addımdır:
“Testin uğurlu olacağına şübhəm yoxdur. Çünki bizdə bu istiqamətdə hər hansı bir yoxlama, ölçmə həyata keçirilmir. Amma psixometrik göstəricilər şagirdlərin ümumi işinə əlavə olunarsa, bu zaman ciddi mənada dəyişikliklərin fərqinə vararıq. Yəni testin şagirdlər üçün effektiv olma ehtimalı daha çoxdur. Çünki şagirdlər belə bir psixometrik testdən keçəcəklərini bildikləri üçün mütləq davranış qaydalarına diqqət yetirəcək, öz hərəkətlərinin tənzimləməyə çalışacaqlar. Həmçinin onların valideynləri də çalışacaqlar ki, övladları məhz bu psixometrik testdən keçə bilsinlər. Bu zaman isə müəyyənləşdirəcəyik ki, hansı şagirdlərdə deviant davranışlar daha çox müşahidə olunur. Beləlilkə də hansı şagirdlərdə kənaraçıxma halları varsa, onlarla bağlı tədbirlər görüləcək. Düşünürəm ki, bu cür qərarın alınması psixi problemləri olan şəxsləri müəyyənləşdirməkdə ən optimal üsul olacaq. Hətta müəyyənləşmədən sonra onlar haqqında müəyyən tədbirlərin görülməsi asanlaşacaq. Ona görə gecikmə olmadan psixometrik testin keçirilməsi vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol