Azərbaycanda bir universitet təhsil haqqını ARTIRDI
Yusif Nəzərli
04:49 16.07.2025
Elm və Təhsil
598
Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi yaxınlaşdıqca, həm məzunları, həm də onların valideynlərini düşündürən mühüm məsələlərdən biri də təhsil haqlarıdır. Ödənişli plan yerləri üzrə təhsil haqlarının məbləğinin dəyişməsi bəzi tələbələrin təhsil planlarına, maliyyə imkanlarına və gələcək perspektivlərinə də birbaşa təsir edir.
Bakı Dövlət Universitetinin (BDU) Mətbuat Xidmətindən "Azərbaycan müəllimi"nə bildirilib ki, 2025/2026-cı tədris ili üzrə BDU-da təhsil haqları ilə bağlı hər hansı əhəmiyyətli dəyişiklik nəzərdə tutulmayıb:
"Bu qərar ali təhsilin maliyyə baxımından əlçatanlığının təmin edilməsi, eləcə də tələbələrin və onların ailələrinin sosial-iqtisadi vəziyyətinin nəzərə alınması məqsədilə qəbul edilib. Eyni zamanda, qeyd edirik ki, hazırda BDU-ya qəbul olan tələbələrin orta hesabla 70 faizi dövlət sifarişi əsasında təhsil alır. Ödənişli əsaslarla qəbul edilən tələbələr isə təhsil haqqının ödənişində çevik mexanizmlərdən yararlana bilirlər. Belə ki, onlar qəbul zamanı təhsil haqqının 50 faizini ödəməklə qeydiyyatdan keçə, qalan məbləğin ödənişini isə semestr imtahanları dövründə tamamlaya bilərlər".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2025/2026-cı tədris ili üçün təhsil haqlarında heç bir dəyişiklik edilməyib. Lakin universitet bu il magistratura səviyyəsində yeni ixtisas və ixtisaslaşmalarla tədris sahəsini genişləndirib. ADNSU ilk dəfə olaraq aşağıdakı 4 ixtisas və 8 ixtisaslaşma üzrə magistr hazırlığına başlayacaq:
- "Biznesin təşkili və idarə edilməsi" (MBA) - (Azərbaycan dilində) (ixtisas)
- "İnsan resurslarının idarə olunması" (ixtisaslaşma)
- "Marketinq" (ixtisaslaşma)
- "Ümumi idarəetmə" (ixtisaslaşma)
- "İnformasiya texnologiyalarının idarə edilməsi" (ixtisaslaşma)
- "Əməliyyatların idarə edilməsi" (ixtisaslaşma)
- "İnformasiya təhlükəsizliyi" (ixtisas)
- "Kibertəhlükəsizlik" (ixtisaslaşma)
- "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi" (ixtisas)
- "Nəqliyyat logistikası" (ixtisaslaşma)
- "Sənaye mühəndisliyi" (ixtisas)
- "Texnologiya və əməliyyatların idarə edilməsi" (ixtisaslaşma)
Bundan başqa, bu il universitet bakalavriat səviyyəsində ilk dəfə ingilis dilində "Data analitikası" ixtisası üzrə tələbə qəbulu həyata keçirəcək. Bu yeniliklər ADNSU-nun təhsil spektrini genişləndirərək tələbələrə daha çox seçim imkanı yaradır.
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) isə bakalavriat və magistratura səviyyələrində təhsil haqları artıb. Burada bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında isə 2500 manatdan 2700 manata qalxıb.
Azərbaycan Texniki Universitetində (AzTU) isə 2025/2026-cı tədris ili üçün təhsil haqlarında dəyişiklik yoxdur, əvvəlki ildəki məbləğ olduğu kimi saxlanılıb.
Ümumilikdə 2025/2026-cı tədris ili üçün ölkəmizin aparıcı universitetlərində təhsil haqlarında böyük bir artım müşahidə edilmir. Bu xüsusilə tələbələrin təhsil xərclərinin artmasının qarşısını almaq və ali təhsilin əlçatanlığını təmin etmək məqsədini güdür. Lakin bəzi universitetlərdə təhsil haqlarında artım baş verib ki, bu da tələbələrin planlarını düzgün qurması üçün diqqətə almalı olduğu mühüm nüanslardan biridir. Yeni ixtisas və proqramların açılması isə tələbələr üçün gələcək karyeralarına əlavə imkanlar yaradır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Biz hərbi cəhətdən İrana qalib gəlirik
01:01 30.06.2026
Dünya
Azərbaycanda Milli Sevgililər Günüdür
00:38 30.06.2026
Cəmiyyət
Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı
00:18 30.06.2026
Cənubi Qafqaz
Livan prezidenti: "Ordumuz İsraillə sərhəddə yerləşdiriləcək"
23:59 29.06.2026
Dünya
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə