
Ekspert: Elektron imtahanlar artıq lüks deyil, zərurətdir
Yusif Nəzərli
06:15 09.07.2025
Elm və Təhsil
582
Təhsildə şəffaflıq və sürətə yol aça bilər
Ramin Nurəliyev: “İmtahan sistemində insan faktoru obyektivliyə mane olur”
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin sözlərinə görə, qarşıdakı beş il ərzində bütün imtahanların elektron formata keçirilməsi planlaşdırılır. Bu, imtahan sistemində innovativ texnologiyaların tətbiqi baxımından ciddi bir irəliləyiş hesab olunur: “Nəzərdə tuturuq ki, kontingenti 10 mindən çox olmayan imtahanları gələn ildən etibarən tam şəkildə elektron formada keçirək. Kontingenti 20 minə çatan imtahanlar isə hələlik kağız daşıyıcılar üzərində təşkil olunacaq. Qarşıdakı beş il ərzində bütün imtahanların elektron formata keçirilməsi nəzərdə tutulur”.
Təhsil eksperti Ramin Nurəliyev isə Sherg.az-a açıqlamasında bildirib ki, beş il bu keçid üçün kifayət qədər uzun müddətdir:

“Əgər DİM istəsə, bu keçidi daha sürətli şəkildə – yaxın 2-3 il ərzində reallaşdıra bilər. Artıq dünya süni intellektə və rəqəmsal texnologiyalara əsaslanan sistemlərə keçid edir. Bu sahədə Azərbaycanda da ilkin nailiyyətlər müşahidə olunur. DİM-in və Elm və Təhsil Nazirliyinin elektron imtahan təcrübəsi artıq var. Hazırda bir sıra imtahanların, o cümlədən, MİQ, sertifikasiya və müəyyən səviyyəli qəbul imtahanları elektron formada keçirilir. Bu təcrübə gələcəkdə daha geniş tətbiq üçün etibarlı əsas yaradır”.
Bununla belə, R.Nurəliyev qeyd edib ki, tam elektron imtahan sisteminə keçid üçün ciddi texniki və maliyyə hazırlığı zəruridir:
“İnzibati binaların uyğunlaşdırılması, texniki infrastrukturun qurulması, təhlükəsizlik tədbirlərinin təmin edilməsi üçün ciddi maliyyə vəsaiti və resurs tələb olunur. Amma bu sərmayə gələcəkdə həm vaxt, həm də insan resurslarına qənaət baxımından geri dönəcək. Fikrimcə, elektron imtahan sisteminə keçidin əsas üstünlüklərindən biri insan faktorunun aradan qaldırılması və nəticələrin daha obyektiv şəkildə qiymətləndirilməsidir. İmtahanların yoxlanılmasına insan əli dəyməməlidir. İnsan faktoru olduqda, istər-istəməz obyektivlik sual altına düşür.
Əvvəllər qəbul imtahanlarında yalnız test sualları olduğu dövrdə nəticələr 3 gün ərzində elan olunurdu. DİM-in sualları elektron şəkildə qiymətləndirməsi bu prosesi xeyli sürətləndirirdi. Lakin son illər imtahanlara yazılı və açıq tipli sualların daxil edilməsi nəticələrin gecikməsinə səbəb olur. Belə ki, bu sualların yoxlanması insan əməyi tələb etdiyindən həm zaman baxımından uzanır, həm də müəyyən subyektiv hallara yol aça bilir. Uzunmüddətli qəbul prosesi isə abituriyentləri tükəndirir. Hazırda ali təhsil müəssisələrinə qəbul prosesi mart ayında ərizə qəbulundan başlayır və sentyabrda ixtisas seçimi və yerləşdirmə ilə yekunlaşır. Bu isə abituriyentlərin yay aylarını uzunmüddətli stress altında keçirməsinə səbəb olur. Təsəvvür edin ki, bir abituriyent mart ayında müraciət edir, bir neçə mərhələdən keçməli olur, imtahanlar, nəticələrin gözlənilməsi, apelyasiya prosesi, ixtisas seçimi və yerləşdirmə mərhələləri aylarla çəkir. Nəticədə, sentyabrın 15-də universitet həyatına başlayan gənc psixoloji cəhətdən yorğun və motivasiyasız olur”.
Ekspert hesab edir ki, bütün imtahanlar elektron formada keçirilsə, nəticələr də avtomatik şəkildə, qısa zaman ərzində elan edilə bilər:
“Bu, həm sistemə etimadı artırar, həm də apelyasiya şikayətlərinin sayını azaldar. Rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi imtahan prosesinin daha şəffaf və ədalətli təşkilini mümkün edir. Bütün bu arqumentlər göstərir ki, Azərbaycanda imtahan sisteminin tam elektronlaşdırılması artıq sadəcə plan yox, zərurətə çevrilməkdədir. İnfrastruktur və texnoloji imkanların gücləndirilməsi, insan resurslarının müasir tələblərə uyğunlaşdırılması ilə bu keçid reallaşdırıla bilər. Bu isə ölkənin təhsil sistemində keyfiyyət və şəffaflığın yeni mərhələsinə yol aça bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət