Əmək bazarı nəzərə alınmalıdır
Yusif Nəzərli
20:04 29.10.2021
Elm və Təhsil
526
Peşə təhsili məşğulluğun təmin edilməsinə dəstək olmalıdır
Millət vəkili Vüqar Bayramov “Peşə Təhsili” haqqında qanun layihəsinə təklif edilən dəyişikliklərlə bağlı çıxış edib. Deputat bildirib ki, dəyişikliklərdə məqsəd peşə təhsilini təşviq etmək olsa da, bir sıra standartların konkretləşdirilməsi vacibdir: “Peşə təhsili ilə əmək bazarı arasında əlaqənin formalaşdırılması və gücləndirilməsinə ehtiyac var.
Etiraf edək ki, hazırda peşə təlimi ilə əmək bazarı arasında münasibətlər zəifdir. Bu baxımdan, dəyişikliklər peşə təlimi ilə əmək bazarı arasındakı əlaqənin gücləndirilməsini təşviq etməlidir. Peşə təhsili daha çox orta məktəbdə zəif göstəriciləri olan şagirdlərin təhsilin digər pilləsinə qəbul imkanı deyil, onların əmək bazarında işlə təminatının gücləndirilməsinə xidmət etməlidir”.
Parlament üzvü bəyan edib ki, kreditlərin əvəzlənməsi mexanizmi də təkmil tətbiq olunmalıdır: “Məsələn, peşə təhsilində mühasib uçotu üzrə kredit alan vətəndaş ali məktəbdə həmin krediti götürən zaman onun əvəzlənməsinə nail olmalıdır. Bütövlükdə, peşə təhsilinin əsas fəlsəfəsi təhsilin fərqli pillələri arasında əlaqə formalaşdırmaq hesab olunmamalıdır. Peşə təhsili əmək bazarı üçün daha qısa müddətdə kadrlar hazırlayıb məşğulluğun təmin edilməsinə dəstək olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət