
İmtahanda iştirak edənlərin narazılığı hər zaman müşahidə olunur -EKSPERT
12:26 08.07.2025
Elm və Təhsil
419
İmtahan suallarında müxtəlif pedaqoji situasiyalara uyğun yanaşma tələb edən tapşırıqların yer alması məqsədəuyğundur
“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”.
Bunu bu gün 161 nömrəli məktəbdə müəllimlərin işə qəbulu (MİQ) imtahanı ilə bağlı açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib.
O bildirib ki, metodikaya dair tətbiqi sualların cavablandırılması nəzəri metodiki biliklərlə yanaşı pedaqoji təcrübə də tələb edir. Situasiyanı aydın dərk edənlər, pedaqoji duyumu olanlar belə sualları cavablandırmaqda çətinlik çəkmirlər.
Direktor müavini müəllimlərə və namizədlərə çağırış edərək metodiki biliklərin həm nəzəri, həm də praktiki tərəfinə daha çox diqqət ayrılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə bilik və bacarıqların artırılması həm müəllimlərin peşəkarlığını yüksəldəcək, həm də təlim prosesini şagirdlər üçün maraqlı və səmərəli edəcəkdir.
Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a bildirib ki, heç bir imtahan sistemi mükəmməl deyil və bu səbəbdən onun davamlı şəkildə təkmilləşdirilməsinə ehtiyac var:

“İmtahanda iştirak edən namizədlərin müəyyən bir hissəsinin prosesdən narazı qalması təbii haldır və bu vəziyyət hər zaman müşahidə olunur. İmtahan materiallarının hazırlanması və qiymətləndirmə meyarları formalaşdırılarkən, ümumi olaraq orta səviyyəli bir pedaqoqun bilik və bacarıqları əsas götürülməlidir. Bu baxımdan, sualların çətinlik dərəcəsi balanslı şəkildə müəyyən edilməlidir nə həddindən artıq çətin, nə də çox asan olmalıdır. Çünki imtahanın əsas məqsədi pedaqoji kadrların bilik və bacarıqlarını obyektiv şəkildə ölçməkdir. Bununla yanaşı, imtahan suallarında müxtəlif pedaqoji situasiyalara uyğun yanaşma tələb edən tapşırıqların yer alması məqsədəuyğundur. Belə ki, yalnız nəzəri biliklərin deyil, həmin biliklərin praktiki müstəvidə tətbiqi bacarığının da qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq dil imtahanlarında yalnız qrammatika deyil, eyni zamanda danışıq, dinləmə və anlama bacarıqları da yoxlanılır. Bu yanaşmanın metodik baxımdan Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında tətbiqi də səmərəli ola bilər. Burada əsas şərt cavabların konkret və ölçülə bilən olmasıdır ki, bu da subyektiv qiymətləndirmə riskini minimuma endirir.
Eyni zamanda, təcrübənin simulyasiyası, nəzəri biliklərin praktikaya inteqrasiyası, mövcud təhsilalan kontingentinin xüsusiyyətləri və texnoloji imkanlardan istifadə bacarıqları da nəzərə alınaraq tərtib olunmuş situasiya tipli suallar, müəllimlərin yalnız fənn biliyini deyil, pedaqoji kompetensiyalarını da etibarlı şəkildə qiymətləndirməyə imkan verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm