
Kolleclərdə müəllim hazırlığı sistemi çöküb -AÇIQLAMA
10:39 10.07.2025
Elm və Təhsil
435
Kollec məzunu olan müəllimlərin sertifikasiya imtahanlarında nəticələri aşağıdır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, bu səbəbdən də bir müddətdir kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb.
“Vaxtilə kolleclərdə aparılmış müəllim hazırlığının mənfi nəticələrini biz hiss edirik”, - nazir əlavə edib.
Təhsil eksperti Cahid İmanlı Sherg.az-a bildirdi ki, ilk problem kollec təhsilinin müddətinin az olması :

“Bu müddət ərzində tələbəyə həm pedaqoji ixtisasın dərinliklərini, həm də pedaqoji təcrübənin öyərdilməsi mümkün deyil. İkinci əsas məsələ isə məhz kollec müəllimlərinin özünün təhsilidir. Hazırda kollecdə işləyənlərin bir çoxunun nəinki ali akademik, heç magistr səviyyəsində belə təhsili belə yoxdur. Yəni kollec müəllimlərinin ali məktəb müəllimləri ilə müqayisədə bütün "elmi-təhsil parametr"lərdə geridə qalması şübhəsiz kollec məzunlarının da təhsil keyfiyyətinə təsirsiz qalmır. Bundan başqa digər bir səbəb kolleclərin maddi-tədris bazasının zəif olması və Nazirliyin özünün də kolleclərə az diqqət göstərməsidir. Son bir neçə ildə Elm və Təhsil Nazirliyi tərəfindən bir çox kollecdə yoxlamalar keçirilib, nəticədə də çoxlu sayda qanun pozuntusu aşkarlanıb. Bəzi hallarda kollecin rəhbərliyi işdən kənarlaşdırılıb. Bu yoxlamalara Nazirlik tərəfindən daha tez başlanmalı və proses daimi, ciddi olmalı idi. Çünkü, nəzarətin zəif olduğunu düşünən kollec rəhbərliyi müəssisədə standarlara görə yox, özünə sərf edən formada idarəetmə və təhsil-pedaqoji şəraiti yaradırl. Ən son məqamlardan biri də odur ki, uzun müddət kollecə qəbul mərkəzləşmiş qaydada həyata keçirilmirdi. Xüsusilə bölgələrdə kollec rəhbərliyi rüşvətlə tələbə qəbulu həyata keçirir və tələbələr adətən kollecin qapısından içəri girmədən diplom alırdılar. Belə diplom alıb məktəbdə dərs deyən müəllimlərə "qoyun müəllimlər" deyilirdi. Ona görə ki, kənd yerlərində hansısa valideyn bir iki qoyun satmaqla uşağını kollecə düzəldir və yenə də qoyun satmaqla semestr qiymətlərini yazdırırdılar. Nəticədə də hazırda Nazirin qeyd etdiyi acınacaqlı vəziyyət yaranmışdı.”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm