Təhsildə yeni “nəfəs”: “Avropa və dünya təhsilinə inteqrasiya...”
Fidan Həmişəyeva
14:10 21.04.2021
Elm və Təhsil
750
Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq. Bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.Ali təhsilin ikinci səviyyəsini təşkil edən bakalavriat səviyyəsinin və ya onun ekvivalentinin təhsil proqramlarını tədris edən akademik heyət Ali Təhsil Kvalifikasiyalarının Təsnifat Standartının (ATKTS) 3-cü və 4-cü səviyyələri üzrə müvafiq kvalifikasiyaya malik olmalıdır.
Layihəyə əsasən, ali təhsilin bakalavriat səviyyəsinin məzunları elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində elmi-pedoqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bakalavriat səviyyəsinin və ya onun ekvivalentinin təhsil proqramları maksimum 4 il (180-240 kredit) müddətinə hesablanır və Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun təşkil edilir.
Dəyişikliklə bağlı “Sherg.az”a danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov ölkəmizdə 3 bakalavriat dərəcəsinin olmasını doğru addım hesab edir:
“ “Ali təhsil haqqında” qanunda bu məsələnin öz əksini tapması Azərbaycan təhsilinin Avropa və dünya təhsilinə inteqrasiyası kimi vacib bir nüansdır. Dəyişikliyə əsasən, diplomlarda müəyyən istiqamətlər yazılacaq. Bu, həmçinin işə qəbul prosesində vahidlik prinsipini yaradacaq.
Yəni işə götürən şəxs məzunun hansı istiqamət və sahələr üzrə mütəxəssis olduğunu rahatlıqla müəyyənləşdirə biləcək. Digər tərəfdən bakalavr pilləsinə qəbul olmuş şəxslər təkcə 4 il ərzində təhsillərini başa vura bilməyəcəklər.
Onlar eyni zamanda daha qısa müddət ərzində təhsillərini tamamlamaq imkanına malik olacaqlar. Magistratura və doktorantura pilləsinə getmədən belə müəyyən tədqiqatyönümlü bakalavrların da məşğul olmasına icazə veriləcək. Bu, dünyada qəbul edilmiş bir tendensiyadır.
Tədqiqat araşdırmaları təkcə magistratura və doktorantura pilləsində olmur. Kimlər ki, elmi tədqiqatla məşğul olacaqlar, artıq onlar 4 il ərzində bunu davam etdirə biləcəklər. Həmçinin digər istehsalat sahəsinə qısa müddət ərzində getmək istəyən şəxslər 3il ərzində təhsil krediti götürməklə bu yükü yerinə yetirə biləcəklər.
Hesab edirəm ki, olduqca müsbət bir yenilikdir. Ümumiyyətlə, “Ali təhsil haqqında” qanun Azərbaycan ali təhsilinə yeni bir nəfəs gətirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya