Azərbaycan-Ermənistan sülh sazişinin bəzi bəndləri açıqlandı
Yusif Nəzərli
21:30 15.05.2025
Gündəm
628
"Ermənistanda hələlik yeni konstitusiya layihəsi yoxdur. Biz qüvvədə olan konstitusiyanı təhlil etmişik. Azərbaycanın hansı məsələləri qaldırdığını bilirik. Amma bu, açıq-aşkardır və bizim Konstitusiya Məhkəməsi də bu barədə qərar verib ki, qüvvədə olan Ermənistan konstitusiyasına görə, ölkəmizin qonşularına qarşı heç bir ərazi iddiası yoxdu. Bu məqam hüquqi cəhətdən də təsdiq olunub".
Teleqraf xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.
O bildirib ki, Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh sazişinin mətnində də bu məqam aydın şəkildə əksini tapıb: “Orada deyilir ki, Ermənistan və Azərbaycan Almatı deklarasiyası əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və bu fakta əsaslanır ki, sovet respublikalarının inzibati sərhədləri bu gün dövlət sərhədlərinə çevrilib. Bu o deməkdir ki, bu gün Sovet Azərbaycanı müstəqil Azərbaycan, Sovet Ermənistanı isə müstəqil Ermənistandır. Bu, ilk vacib faktdır. Bundan başqa, sülh sazişindəki başqa bir maddədə də deyilir: Ermənistanın və Azərbaycanın bir-birinə heç bir ərazi iddiası yoxdur və onlar gələcəkdə də belə tələblərin qaldırılmaması ilə bağlı öhdəlik götürürlər”.
N.Paşinyan fatiki olaraq bu gün həm Ermənistan, həm də Azərbaycanda qaldırılan məsələlərin həmin sülh sazişinin mətnində həlini tapdığını vurğulayıb. O söyləyib ki, sülh sazişindəki başqa bir maddəyə görə, sənəd ratifikasiya olunduqdan sonra heç bir tərəf onun icrası ilə bağlı öz qanunvericiliyinə müraciət edə bilməyəcək.: “Sülh razılaşması imzalandan sonra, Ermənistan öz qanunvericiliyinə əsasən, bu layihənin konstitusiyamıza uyğun olub-olmadığını müəyyən etmək üçün onu Konstitusiya Məhkəməsində göndərəcək. Məhkəmə sazişin konstitusiyaya tam uyğun olduğunu müəyyən edərsə, bu o deməkdir ki, sözügedən sənədin Ermənistan parlamentində ratifikasiyası üçün heç bir əngəl yoxdur. Saziş parlamentdə ratifikasiya olunandan sonra bizim konstitusiyanın başqa bir maddəsi qüvvəyə minəcək. Orada deyilir ki, ratifikasiya olunmuş beynəlxalq müqavilələr ali hüquqi qüvvəyə malıidkir və yerli qanunlardan üstündür”.
Baş nazirin sözlərinə görə, Ermənsitanda da Azərbaycan Konstitusiyasında qonşu dövlətə qarşı ərazi iddialarının olduğu ilə bağlı narahatlıqlar dilə gətirilir. Onun fikrincə, hər iki ölkədə naharatlıqlara son qoymağın ən qsıa yolu sülh sazişini imzalamaqdır: “Çünki müqavilə imzalanandan və hər iki ölkənin parlamentində ratifikasiya olunduqdan sonra bu məsələ ən ali səviyyədə qanuniləşdiriləcək ki, Ermənistanın Azərbaycana və ümumiyyətlə heç bir qonşu dövlətə qarşı ərazi iddiası yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə