Türk lirəsi az qala hər gün dəyərdən düşür
Yusif Nəzərli
00:16 24.11.2021
İqtisadiyyat
756
Ekspert: "Əgər bu proses qalıcı olsa, bir müddətdən sonra az da olsa qiymətlərdə ucuzlaşma hiss edə bilərik"
Türkiyə lirəsi son vaxtlar ən ağır günlərini yaşayır. ABŞ dollarının türk lirəsinə nisbətən məzənnəsi bugünkü ticarət sessiyasında rekord səviyyəsinə yaxınlaşıb.
Təcrübə göstərir ki, “siyasət və iqtisadiyyat arasındakı əlaqə necədir” sualına düzgün cavab tapan ölkələr həmişə rifaha qovuşur. Bu halda siyasət iqtisadiyyata xidmət etməlidir, iqtisadiyyat siyasətə deyil. İkinci hal olduqda iqtisadiyyat ağır bədəl ödəyir.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Şərq”ə açıqlamasında bildirib ki, türk lirəsinin dəyərdən düşməsi təbii ki, Türkiyədən ölkəmizə mal idxalını stimullaşdıracaq. Ekspertin sözlərinə görə, qiymətlərin dəyişməsi isə bu prosesin nə qədər uzun sürəcəyindən asılı olacaq:
“Əgər bu proses qalıcı olsa, bir müddətdən sonra az da olsa qiymətlərdə ucuzlaşma hiss edə bilərik. Sadəcə burada bir önəmli məsələ var ki, Türkiyənin özündə də qiymətlər artır. İnflyasiya kifayət qədər sürətlə gedir və rəsmi rəqəmlərdə 20 faizdir. Ona görə də mal və məhsulların qiymətində də bahalaşma olur. Türk lirəsinin dəyərdən düşməsi bir çox hallarda daxili problemlərdən qaynaqlanır. Mərkəzi Bankın müstəqilliyini itirməsi, faiz, uçot dərəcəsinin aşağı salınması, bütün bunlar da türk lirəsinə ciddi təsir göstərir. Bundan başqa, turizmlə bağlı problemlərin iki ildir ki, davam etməsi ölkəyə valyuta axınını da xeyli azaldıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladı
17:57 20.11.2026
Dünya
KİV: ABŞ və İsrail İrana hücumu nəzərdən keçirir
17:10 20.11.2026
Gündəm
Ermənistan Rusiyaya yeni səfir təyin etdi
16:52 20.11.2026
Gündəm