Alimlər heyrətlənib: Afrikada COVİD tarixə qovuşub
Yusif Nəzərli
05:10 24.11.2021
Dünya
670
Zimbabvedə cəmi 27 yoluxma faktı var, ölüm sayı isə sıfırdır
Peyvəndləmədə geniş imkanlar, yüksək səviyyəli səhiyyə xidmətləri, tibbi sığorta… hər cür şərait olduğu halda koronavirusun sürətini azalda bilməyən Avropa ölkələrinə rəğmən inkişafdan geri qalmış bəzi Afrika ölkələrində yoluxma və ölüm faizi çox aşağı səviyyədədir. Bu isə elm adamlarını heyrətləndirir və düşünməyə vadar edir. Nədən? Yeni növ koronavirus ortaya çıxanda elm adamları Afrikanın inkişaf etməmiş ölkələrində yoluxma və ölüm sayının milyonlarla insanı əhatə edəcəyi proqnozu verirdilər. İndiyədək Afrikada nə qədər insanın virusa yoluxduğu və öldüyü bilinmir, amma gözlənilən fəlakət senarisi də baş vermədi.
“Şərq” “Milliyet.com”a istinadən bildirir ki, məsələn, Afrika ölkəsi Zimbabvedə koronavirus çoxdan keçmişdə qalmış virus hesab edilir. Siyasi partiyalar mitinqlərini keçirir, konsertlər düzənlənir, insanlar istədikləri şəkildə bir yerə toplanırlar. Zimbabve səhiyyə naziri noyabrın 22-nə olan məlumatı açıqlayaraq qeyd edib ki, ölkədə cəmi 27 yoluxma faktı müəyyənləşib, ölüm sayı isə sıfırdır. Dünya Səhiyyə Təşkilatının məlumatında da iyul ayından etibarən ümumilikdə Afrika qitəsində yoluxma sayının çox aşağı olduğu bildirilir. Kolumbiya Universitetinin mərkəzi sağlıq kürsüsü professoru Vafaa əl-Sadr deyib ki, Afrika Avropa və ABŞ kimi peyvənd imkanlarına sahib deyil, amma orada durum daha yaxşıdır. Afrikada peyvənd olunanlar cəmi 6 faiz təşkil edir. Bu da elm adamlarının ağlını qarışdırır.
Bəzi alimlər hesab edir ki, buna səbəb qitədə əhali arasında gənclərin üstünlük təşkil etməsi, şəhərləşmə faizinin aşağı olması və əhalinin havada daha çox vaxt keçirməsini virusun ölümcül təsirindən qorunmada yardımçı olduğunu, genetik amillərin, həmçinin keçirilən digər parazitar xəstəliklərin koronavirusun yayılmasına əngəl törətdiyini səbəb kimi göstərirlər. Uqandada isə ötən həftə qızdırması qeydə alınmış xəstələrin COVİD-19-u digər xəstələrdən daha yüngül keçirdiyi təsbit edilib. Qızdırmanın virusu məhv etməyə yardımçı olduğunun müəyyənləşməsi də elm adamlarını yaxşı mənada heyrətə salıb. Araşdırmaların nəticəsi “Amerikan Tropikal Tibb və Təmizlik Cəmiyyəti”nin toplantısında bəyan edilib. Nigeriyada isə yoluxmanı peyvəndsiz nəzarət altına almağa çalışırlar.
Nigeriya Redeemer Universitetinin Yoluxucu Xəstəliklər Mərkəzinin direktoru Kristian Happi isə “məsələ heç də hər zaman nə qədər pula, imkanlara sahib olmaqda deyil”, söyləyib. Mali hökuməti isə virus ölkəyə ayaq basmadan sərhəd qapılarını bağlamağa müvəffəq olub. Edinburq Universitetinin professoru Devi Sridhar isə deyib ki, Afrika ölkələrinin özünəməxsus mədəni yanaşma tərzi var. Bu ölkələr COVİD-ə səbirlə yanaşdılar, çünki daha öncə Ebola, uşaq iflici və qızdırma xəstəliyini yaşamışdılar”. Nigeriyalı virusoloq Oyevale Tomori bildirib ki, virusu “sərbəst buraxmaq” kütləvi immunitetin yaranmasına səbəb olur, nəticədə yoluxma faizi gertdikcə azalır, ölüm faizi də aşağı düşür. Hər halda bunlar afrikalı alimlərin qənaətidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladı
17:57 20.11.2026
Dünya
KİV: ABŞ və İsrail İrana hücumu nəzərdən keçirir
17:10 20.11.2026
Gündəm
Ermənistan Rusiyaya yeni səfir təyin etdi
16:52 20.11.2026
Gündəm