Qorxu içində olanlara məsləhət
Yusif Nəzərli
06:00 26.02.2022
Sağlamlıq
595
Ekspert hiss olunan emosiyaları söndürməməyi, əksinə, izləməyi tövsiyə edir
"Əl barmaqlarının ucu ilə aktiv işləyə biləcəyiniz bir işlə sakitləşmək mümkündür"
Son zamanların ağır pandemiya və müharibə durumu insanların psixologiyasına ciddi zərbə vurub. Müharibə dövrü yaşayan insanda beyin fövqəladə rejimdə işləyir və təşviş, qorxu rıçaqları işə düşür.
Psixoloq Yelizaveta Safina stresi azaltmaq və təşvişdən xilas olub sakitləşmək üçün bir neçə metod açıqlayıb.
Ekspert hiss olunan emosiyaları söndürməməyi, əksinə, izləməyi tövsiyə edir.
“Təşvişlə baş etməyin birinci yolu neqativ hiss və qorxudan qaçmamaq, onu qəbul etmək və bu gün bu hissləri yaşadığını etiraf edib qəbullanmaq, onlarla müharibə aparmamaqdır.
Yaxınlardan, dostlardan, ailədən bu hissləri gizlətməyin, yalandan hər şeyin yaxşı olması təəssüratı yaratmayın. Doğmalardan yardım, dəstək istəyin. Sizi bu hisslərə görə qınayan, anlamayan insanlarla isə ünsiyyətdən çəkinin.
Əgər qorxu çox güclüdürsə, özünüzə və ailənizə görə narahatsızsa, qorxunuzu, səbəbləri və hissləri kağıza yazın. Bunu dəfələrlə edin. Yazdıqca o hissin elə də qorxulu olmadığını görəcəksiz. Hər qorxunun yanında ondan çıxış yolları, variantları yazın. Bunları oxuduqca xilas yolunun olduğunu görüb sakitləşəcəksiz.
Çalışın xırda motorikanı aktivləşdirəsiz. Yüksək enerji tələb edən işlərlə başınızı qatmaqdansa, toxumaq, iynə işi, nəsə çəkmək, paxla, mərci, qarabaşaq təmizləmək, qısası əl barmaqlarının ucu ilə aktiv işləyə biləcəyiniz bir işlə sakitləşmək mümkündür. (medicina. az)
Eləcə də gündə 5 dəfə bir kənara çəkilib, sakit musiqi altında bədən və üz əzələlərini boşaltmağa çalışın. Əvvəlcə gərginliyi alın, gözlər, üzdən götürün, üz, boyun hissəni tam boşaldın. Daha sonra bədənə keçin.
Dərindən nəfəs alıb, 5-ə kimi sayıb, sonra uzun nəfəsvermə etmək də beyini sakitləşdirir.
Əsəbi gərgin insan nə qədər təmiz havada çox olsa, dərindən nəfəs məşqləri etsə, su ilə ünsiyyətdə olsa bir o qədər oksigen dövranı artar, beyin spazmı baş verməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm
Kino Agentliyi “Azərbaycanfilm” kinostudiyasına köçürüləcək
16:07 18.11.2026
Mədəniyyət
Yeni dünya düzəni qurulmur, Putinə isə imic lazımdır - ŞƏRH
16:04 18.11.2026
Gündəm
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
15:57 18.11.2026
Hadisə
Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub
15:32 18.11.2026
Hadisə
Sumqayıtda bir nəfər dənizdə batdı - VİDEO
15:20 18.11.2026
Hadisə