
Əbədi birlik: “Azərbaycan” məhəlləsi qardaşlığın nəsillərə ötürüləcəyi bir məkandır
10:24 20.06.2025
Siyasət
374
"Ötən gün Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ölkələrimiz arasındakı sarsılmaz dostluğun, qardaşlığın və mənəvi birliyin növbəti bariz nümunəsidir".
Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı münasibətlər sadəcə diplomatik və strateji tərəfdaşlıqdan ibarət deyil – bu, bir millət, iki dövlət anlayışına söykənən sarsılmaz, dərin və mənəvi bağlara malik bir qardaşlıq münasibətidir:

“Tarixin müxtəlif dövrlərində ölkələrimiz bir-birinin yanında olub, sevinci də, kədəri də birgə yaşayıb, çiyin-çiyinə irəliləyib. Türkiyə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın yanında olduğunu açıq və qəti şəkildə bəyan etmişdi. Bu, təkcə siyasi dəstək deyildi. Bu, mənəvi güc, xalqın ruhuna ruh qatan səmimi qardaşlıq çağırışı idi. Azərbaycan xalqı bu dəstəyi heç vaxt unutmayacaq. Eyni şəkildə, 2023-cü ilin fevralında Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı Azərbaycan dərhal yardım əli uzatdı. Qardaş Türkiyənin yaralarını sarmaq üçün yüzlərlə xilasedici, tibbi personal, humanitar yardım və yenidənqurma dəstəyi göndərildi. Qardaş ölkə dağıdıcı zəlzələdən sonra yenidənqurma və bərpa mərhələsində Azərbaycan xalqının və dövlətinin böyük dəstəyini gördü. Məhz bu ağır günlərdə göstərilən həmrəylik və yardımlaşma iki ölkə arasında illərlə formalaşan qardaşlıq bağlarını daha da möhkəmləndirdi. “Azərbaycan” məhəlləsinin inşası və istifadəyə verilməsi bu həmrəyliyin davamı olaraq, Azərbaycan-Türkiyə münasibətlərində unudulmaz bir səhifə açdı”.
Parlasmentari əlavə edib ki, Prezident İlham Əliyev açılış mərasimində çıxışı zamanı bildirdi ki, “Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”:
"Hesab edirəm ki, bu qardaşlıq münasibətləri zamanla deyil, əməllərlə sübut olunub. Prezident Rəcəb Tayyib Ərdoğan isə çıxışında Azərbaycan dövlətinə və xalqına dərin təşəkkürünü bildirərək, bu layihəni iki xalq arasındakı sarsılmaz birliyin simvolu kimi dəyərləndirdi”.
S.Salmanova onu da qeyd edib ki, “Azərbaycan” məhəlləsi təkcə yaşayış yeri deyil, həm də dostluq və qardaşlığın nəsillərə ötürüləcəyi bir məkandır:
“Bu məhəllə gələcəkdə də Azərbaycan-Türkiyə münasibətlərinin necə möhkəm təməl üzərində qurulduğunu və hər iki xalqın sevincli və çətin günlərdə bir-birinin yanında olduğunu hər kəsə xatırladacaq. Hesab edirəm ki, iki liderin bu mərasimdə birgə iştirakı təkcə dövlət başçılarının qarşılıqlı hörmətinin deyil, həm də xalqlar arasında əbədi birliyin və ortaq taleyin göstəricisidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət