Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutda olublar
13:57 23.09.2025
Hərbi
482
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşelərinin Heydər Əliyev adına Hərbi İnstituta tanışlıq səfəri təşkil edilib.
Bu barədə Sherg.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi attaşelər əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hərbi təhsil ocağının ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə hörmət və ehtiram nümayiş etdiriblər. Sonra hərbi institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət olunub.
17 dövləti təmsil edən hərbi attaşelik aparatının nümayəndələri hərbi institutda şəxsi heyət üçün yaradılan şərait və tədris prosesi ilə tanış olublar.
Qonaqlara Heydər Əliyev adına Hərbi İnstitutun fəaliyyəti barədə brifinq təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Hərbi attaşelər, həmçinin hərbi təhsil ocağında yerləşən Heydər Əliyev Muzeyinə gələrək Ümummilli Liderin həyat və siyasi fəaliyyətini əks etdirən fotoguşə ilə tanış olub. Onlara Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər barədə məlumatlar verilib.
Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region