Prezident “Ares Management” investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB
17:50 24.09.2025
Rəsmi
603
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Nyu-Yorkda “Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Maykl Aruqeti ilə görüşüb.
Sherg.az xəbər verir ki, söhbət zamanı Azərbaycanın maliyyə bazarının dayanıqlı inkişafı və ölkəyə xarici investisiya axınının təşviqi baxımından “Ares Management” şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxunuldu.
Prezident İlham Əliyev bu istiqamətdə qurulmuş tərəfdaşlıqların, xüsusilə də alternativ investisiya sahəsində birgə təşəbbüslərin ölkəmizin iqtisadi hədəflərinə töhfə verə biləcəyini qeyd etdi.
Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə “Ares Management” arasında 2017-ci ildən mövcud olan uğurlu əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin dayanıqlı infrastruktur, logistika, daşınmaz əmlak, təhsil və yaşıl enerji sahələrində gələcək investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı potensial müzakirə olundu.
Maykl Aruqeti Azərbaycanın davamlı inkişaf siyasətini və ölkəmizdə institusional investorlara yaradılmış əlverişli mühiti yüksək qiymətləndirərək, bunun beynəlxalq tərəfdaşlıqlar üçün geniş imkanlar açdığını bildirdi. O, rəhbərlik etdiyi şirkətin xüsusilə yaşıl enerji, logistika və sosial infrastruktur sahələrində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırdı.
Qeyd edək ki, “Ares Management” kredit, daşınmaz əmlak, özəl səhm və infrastruktur sahələrində fəaliyyət göstərir. Maykl Aruqeti və tərəfdaşlarının 1997-ci ildə təsis etdiyi şirkət hazırda 600 milyard ABŞ dollarına yaxın aktivləri idarə edir. “Ares Management” portfelindəki anbar və logistika investisiya aktivlərinin toplam sahəsinə görə dünyanın ən böyük üç şirkətindən biridir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Nyu-Yorkda “Ares Management” - qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Maykl Aruqeti ilə görüşüb.
Bu barədə APA-nın Nyu-Yorka ezam olunmuş əməkdaşı xəbər verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou