Lerikin dağ kəndlərinə bir metrdən çox qar yağıb – Hərəkət dayanıb
14:50 11.02.2020
Aktual
640
Bölgələrimizə yağan güclü qar bəzi dağlıq kəndlərin rayon mərkəzləri ilə əlaqəsini kəsib. Lerik rayonunun bir sıra dağlıq ərazilərindəki kəndlərə, eləcə də Rvarud kəndinə 1 metr 20 sm qar yağıb. Nəticədə Lerikin Çayrud, Rvarud, Andurma, Veri, Rəzgov, Anzoli, Təngəbin kəndlərinə gedən yollar bağlanıb. Bu kəndlərin sakinləri rayon mərkəzinə getməyə yol tapmırlar. Qar örtüyünün hündürlüyünün 1 metri keçməsi nəticəsində kəndin əsas yolları keçilməz olub. Sakinlərin verdiyi məlumata görə, hazırda bu kəndlərdə nəqliyyatın hərəkəti mümkünsüzdür. Məlumata görə, qar hələ yağmaqda davam edir.
Sputnik Azərbaycan-a açıqlamasında Lerik rayon 52 saylı yol istismar idarəsinin baş mühəndisi Ziyafət İsmayılov bildirib ki, qarın yağması nəticəsində dağlıq kəndlərin əksəriyyətində yollarda hərəkət çətinləşib: "Elə dağlıq kəndlər var ki, qar örtüyünün hündürlüyü 90 sm-ı keçib. İdarənin işçiləri səhər saat 7-dən yollardadır. Bütün texnikalar yolların təmizlənməsinə cəlb olunub. Artıq Lənkəran-Lerik yolu açılıb. Rvarud kəndinə gedən yolun da çox hissəsi qardan təmizlənib. Bu istiqamətdə iş davam edir".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə açıqlamasında bildirib ki, dağlıq kəndlərin əksəriyyətində qarın yağması səbəbindən yollarda hərəkət çətinləşib. Amma A.Nəcəfli heç bir dağlıq kənddə yolun bağlanmadığını bildirib: "Lənkəran, Lerik, Astaranın dağlıq kəndlərinə gedən yollarda qarın çox yağması səbəbindən hərəkət çətinləşib. Amma həmin yollarda qar uçqunu olmayıb. Yəni yollarda xüsusi nəqliyyat vasitələrinin hərəkəti mümkündür. Amma bununla belə, yollarda qarın təmizlənməsi istiqamətində işlər davam etdirilir ki, qarın yağması hərəkətdə problem yaratmasın".
A.Nəcəfli deyib ki, qarın yağması davam etdiyindən, təmizlənən yollar yenidən qarla örtülür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual