Mikayıl Cabbarov: "Səyyar vergi yoxlamalarının sayı kəskin azalıb"
16:19 11.02.2020
Aktual
545
2019-cu ildə hər min fəal vergi ödəyicisinə iki səyyar vergi yoxlaması düşüb. Bunu "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru" adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir bildirib ki, ümumilikdə səyyar vergi yoxlamalarının sayı 44 faiz azalıb, bütün vergilərin təxminən 91 faizi isə könüllü ödənilib. Bundan başqa, ötən il əlavə hesablanmış ödənişlərində 18 faiz artımı müşahidə edilib:
“Ümumilikdə, 2019-cu ildə vergi daxilolmaları proqnozu 4,9 faiz üstələyib ki, bu da milli iqtisadiyyatda tam şəffaflığa keçidin müsbət tendensiyasını göstərir”.
M.Cabbarov əlavə edib ki, şəffaflıq kontekstində sosial ödənişlər də artıb:
“Məcburi dövlət sosial sığorta və işsizlik sığortası üzrə sığorta hallarının sayı müvafiq olaraq 24 və 40 faiz artıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual