Nazirlik canlı çat xidməti yaratdı
15:16 11.02.2020
Aktual
688
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verilib. Nazirlikdən verilən məlumatda bildirilir ki, hər kəs onlayn qaydada, real vaxt rejimində də sorğu edə və cavab ala bilər: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (sosial.gov.az) onlayn əlaqə xidməti bu gündən istifadəyə verilib.
Məqsəd vətəndaşlarla ünsiyyət və onların nazirliyə müraciət imkanlarının daha da genişləndirilməsi, vətəndaş müraciətlərinin, sorğularının real vaxt rejimində də operatv cavablandırılması mexanizminin tətbiqidir.
Bu xidmət vasitəsilə vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə aid olan bütün məsələlər üzrə (sosial müdafiə, əlilliyin müəyyən edilməsi və reabilitasiya, məşğulluq, əmək qanunvericiliyi, elektron xidmətlər və s.) suallarını yaza bilərlər. Nazirliyin rəsmi internet səhifəsinə daxil olan şəxs səhifədə onlayn əlaqə (canlı çat) xidməti işarəsinə toxunduqdan sonra açılan lövhədə öz sualını (və ya suallarını) qeyd edir. Bu suallar 142-Çağrı mərkəzinin operatorları tərəfindən avtomatik qeydə alınır və cavablandırılır. Cavablandırma xidmətinin sonunda vətəndaş onlayn əlaqə vasitəsilə göstərilən bu xidmətin keyfiyyətinin qiymətləndirilməsi üçün təklif olunan sorğuda da iştirak edə bilər. Onlayn əlaqə xidməti həftənin I-V günləri saat 09.00-dan saat 18.00-dək, şənbə günləri isə saat 10.00-dan saat 13.00-dək canlı rejimdə fəaliyyət göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual