Prezident ŞƏT-in Baş katibi ilə görüşdü - FOTO (YENİLƏNİB)
11:20 14.02.2020
Aktual
604
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş katibi salamlayan Prezident İlham Əliyev dedi:
“Sabahınız xeyir, xoş gördük”.
Baş katib Vladimir Norov: “Sabahınız xeyir. Qrafikinizin sıxlığına baxmayaraq, görüşmək üçün imkan tapdığınıza görə bir daha Sizə minnətdarlığımı bildirmək istərdim”.
Prezident İlham Əliyev: “Sizi görməyə şadam. Mənə görüş haqqında dedilər. Görüşməyə həmişə şadıq, üstəlik, artıq Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malikdir. Təşkilata dialoq üzrə tərəfdaş qismində qoşulmağımız da əməkdaşlığa verdiyimiz əhəmiyyəti təsdiqləyir. Şanxay Əməkdaşlıq Təşkilatının bütün üzv ölkələri ilə yaxşı, yaxın, mehriban qonşuluq münasibətlərimiz var. Biz birlikdə ikitərəfli, bəzən üçtərəfli formatda nəqliyyat, energetika, infrastrukturla bağlı çoxlu mühüm layihələri reallaşdırırıq”.
Baş katib Vladimir Norov: “İlham Heydər oğlu, deyə bilərəm ki, bu gün Azərbaycan müşahidəçi ölkələr üçün nümunə olaraq dialoq üzrə ən fəal tərəfdaşlardan biridir. Qeyd edim ki, aprelin 21-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı məsələləri üzrə konfransının keçirilməsi ilə bağlı Sizin təşəbbüsünüz, Azərbaycanın təşəbbüsü çox vaxtında atılmış mühüm addımdır. Üzv ölkələrin əksəriyyəti artıq bu təşəbbüsü dəstəkləyir. Düşünürəm ki, bu konfrans nəqliyyat sahəsində müvafiq qurumlar arasında sıx əlaqələrin qurulması və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün vacib meydança olacaq”.
Görüşdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı fəal tərəfdaşlıq üzrə dialoq statusunda rolu xüsusi qeyd olunub. Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq çərçivəsində bu il nəqliyyat məsələlərinə həsr olunacaq konfransın keçiriləcəyi bildirilib.
Söhbət zamanı Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün Şanxay Əməkdaşlıq Təşkilatına göndərilən dəvət yüksək qiymətləndirilib və təşkilatın da geniş tərkibli nümayəndə heyəti ilə bu seçkilərdə iştirak etdiyi, seçkilərin azad, ədalətli, demokratik şəkildə keçirildiyi diqqətə çatdırılıb. Həmçinin Azərbaycanda əhatəli islahatların həyata keçirildiyi qeyd edilib.
Görüşdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyi, təşkilatın bütün üzv ölkələri ilə yaxşı münasibətlərə malik olduğu vurğulanıb.
11:46
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov ilə görüşüb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou