Səhiyyə menecmentlərinin hazırlanması doğru qərardır - GÜNÜN TƏLƏBİ
13:22 11.02.2020
Aktual
474
Azərbaycan Tibb Universiteti “Səhiyyə menecmenti” üzrə magistratura proqramını elan edir.
Universitetdən verilən məlumata görə, 2 illik magistratura proqramı açılır. Proqram Azərbaycan Tibb Universitetinin təcrübəli müəllimləri, həmçinin dəvət olunmuş mütəxəssislər tərəfindən tədris olunacaq.
Proqramda düzgün səhiyyə siyasətinin aparılması, kliniki menecment, əksəriyyəti tibb işçilərindən ibarət olan və hər gün mürəkkəb fiziki, psixoloji, etik problemlərlə üzləşən kadrların idarə olunması, qlobal səhiyyə (sağlam qidalanma, ətraf mühitin mühafizəsi, ana və uşağın sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və sağlam həyat tərzinin təbliği) haqqında biliklər tədris olunacaq. Həmçinin, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi və digər zəruri bacarıqlar aşılanacaq.
Həkim-terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında bildirdi ki, səhiyyə menecmenti ixtisası günün tələbidir:
- Menecmentlik ixtisası verən bir çox ali təhsil müəssisələri var. Amma səhiyyə menecmenti tamam başqadır. Səhiyyə sahəsində menecmentlik digər sahələrdən əsaslı şəkildə fərqlənir. Səhiyyə menecmentinin tibbə aid bilikləri olmalıdır. Xəstələrin bölüşdürülməsi, klinikaların, səhiyyə ocaqlarının iş prinsipi, klinikaların düzgün fəaliyyət göstərməsi üçün səhiyyə menecmenti gərəkən təfsilatı bilməlidir. Ona görə də səhiyyə menecmenti üzrə magistr hazırlığına qərar verilib və bu, doğru qərardır.
Ş.Məmmədov qeyd etdi ki, səhiyyə menecmenti ixtisasına ehtiyac eyni zamanda icbari tibbi sığortanın tətbiqi ilə də bağlıdır:
- İcbari tibbi sığortanın artıq ölkə üzrə tətbiqinə başlanıb. Bu səbəbdən də səhiyyə menecmentlərinin olması təlabata çevrilir. Qardaş Türkiyədə, yaxın qonşumuz Gürcüstanda, Avropa ölkələrində, harada icbari tibbi sığorta varsa, orada səhiyyə menecmentlərinə ehtiyac və tələbat yaranır. İcbari tibbi sığortanın düzgün tətbiqi həm də saəhiyyə menecmentlərinin işindən, onların nə dərəcədə ixtisaslı olmasından asılıdır. Hesab edirəm ki, səhiyyə menecmentliyi üzrə magistratura pilləsini bitirənlər icbari tibbi sığortanın tətbiqində çox faydalı olacaqlar.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət