Siyahı açıqlandı: Bakı ilk beşlikdədir
15:41 13.02.2020
Aktual
509
Məşhur “booking.com” saytı futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək populyar şəhərlərin siyahısını açıqlayıb. Azərtac xəbər verir ki, turnirin dörd oyununa ev sahibliyi edəcək Bakı ilk beşlikdə qərarlaşıb. Sankt-Peterburqun birinci olduğu siyahıda sonrakı yerlərdə Roma, Kopenhagen, Bakı və Dublin şəhərləri yer alıblar.
Sayt çempionatın maraqlı üç oyununu da açıqlayıb. Belə ki, iyunun 13-də Danimarka və Finlandiya yığmaları arasında Kopenhagendə keçiriləcək matç ilk pillədə qərarlaşıb. İkinci yerdə isə iyunun 13-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq Uels-İsveçrə qarşılaşması yer alıb. İlk üçlüyü iyunun 17-də Sankt-Peterburqda baş tutacaq Rusiya-Finlandiya matçı tamamlayıb.
İngiltərə, Finlandiya və İsveç azarkeşləri Avro-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərdə ən çox otel sifariş edənlər sıyahısında ilk üçlükdə yer alıblar.
Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. A qrupu çərçivəsində Uels-İsveçrə (13 iyun), Türkiyə-Uels (17 iyun), İsveçrə-Türkiyə (21 iyun) qarşılaşmaları, eləcə də dörddəbir final mərhələsinin bir görüşü (4 iyul) Bakı Olimpiya Stadionunda oynanılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm