16 yaşlı yeniyetmə anasını seksual zorakılığa məruz qoyub




Fransanın "Cernay" əyalətində 16 yaşlı yeniyetmə anasına qarşı seksual zorakılıqda ittiham olunur. 

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə həmin gəncin anası polisə müraciət edib. 

Yeniyetmənin anası  polisə müraciət edərək öz evində oğlu tərəfindən cinsi zorakılığa məruz qaldığını deyib. 
Yeniyetmə isə anasının buna meylli olduğunu söyləyib. Hazırda polis tərəfindən saxlanılan gəncin psixatrik ekspertizadan keçiriləcəyi bildirilir.

 Ayyət Əhməd