175 saylı marşrutda gediş haqqı bahalaşdı - Rəsmi
12:29 11.01.2018
Arxiv
435
Bakıda fəaliyyət göstərən 175 saylı sərnişin avtobusunda yanvarın 13-dən etibarən məsafədən asılı olmayaraq gediş haqqı 30 qəpik olacaq.
Bunu "Sherg.az"a BakuBus MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev deyib.
Onun sözlərinə görə, həmin tarixdən adıçəkilən marşrut üzrə gediş haqqı kart sistemi ilə həyata keçiriləcək və qiymət 30 qəpik təşkil edəcək:
"Tarif (qiymət) Şurasının bununla bağlı qərarı var. Bakıətrafı ərazilərə işləyən marşrutların qiyməti məsafəyə görə hesablanır. 175 saylı marşrutda da qiymət həmin qərara əsasən 30 qəpik müəyyənləşdirilib. Bu vaxta qədər kimsə avtobusla qısa məsafə qət edərək 20 qəpik ödəyirdisə, indi bu, mümkün olmayacaq. Çünki Tarif Şurası dayanacağa görə qiymət müəyyənləşdirmir. Yanvarın 13-dən etibarən də marşrutda Şuranın həmin qərarına uyğun gediş haqqı tətbiq olunacaq".
"Marşrut xətlərində tətbiq olunan gediş haqqı Tarif Şurasının müvafiq qaydalarına əsasən tənzimlənir. Gediş haqqının müəyyən edilməsi BakuBus MMC-nin səlahiyyətlərinə daxil deyil.
Bu qaydalara əsasən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin ödənişi marşrut xəttinin uzunluğundan (Burada sərnişinin gedəcəyi məsafə nəzərdə tutulmur) asılı olaraq dəyişir. Belə ki, şəhərətrafı və qəsəbələrarası 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) 20 q. 15 km-dən 25 km-dək (25 km daxil olmaqla) 25 q. 25 km-dən 30 km-dək (30 km daxil olmaqla) 30 q.- dir. Yanvarın 13-dən etibarən "BakuBus” avtobuslarının xidmət göstərəcəyi 175 nömrəli marşrut xəttində də gediş haqqı göstərilən normativlərə uyğun olaraq 30 qəpik müəyyən edilib". Mansur Piriyev deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə