Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələlər barədə məlumat verib:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-cı il 19 iyul tarixli "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması haqqında” Sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması məsələsinin müzakirəsi.
2. Cari məsələlər.
Gündəlikdəki birinci məsələ barədə məlumat verən icraçı direktor Vüqar Səfərli son illər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək dəyərləndirib. V.Səfərli ölkə başçısının 19 iyul 2017-ci il tarixli sərəncamı ilə qəzetlərə 1 milyon manat məbləğində maliyyə yardımının ayrılmasını çap mediasının üzləşdiyi problemlərin həlli, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi diqqətə çəkib.
Sonra məsələ ətrafında müzakirələr başlayıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - İntiqam Hümbətov, Bəhruz Quliyev, Əvəz Rüstəmov, Rasim Həsənov və Ayaz Mirzəyev dövlət başçısının son sərəncamının mətbuatın problemlərinin həlli baxımından mühüm əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin yekunu olaraq ölkədə uzun illər ərzində fəaliyyət göstərən, ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən 27 gündəlik ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.
Cari məsələlərin müzakirəsi zamanı V.Səfərli Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verib.
Birdəfəlik maliyyə vəsaiti ayrılmış qəzetlərin siyahısı
№
Nəşrin adı
Ayrılmış məbləğ
(AZN)
1.
"Azərbaycan” qəzeti - 42.500
2.
"Bakinski raboçi” qəzeti - 42.500
3.
"Bakı Xəbər” qəzeti - 42.500
4.
"525-ci qəzet” - 42.500
5.
"Xalq qəzeti” - 42.500
6.
"İki sahil” qəzeti - 42.500
7.
"Kaspi” qəzeti - 42.500
8.
"Kaspiy” qəzeti - 42.500
9.
"Mövqe” qəzeti - 42.500
10.
"Palitra” qəzeti - 42.500
11.
"Respublika” qəzeti - 42.500
12.
"Səs” qəzeti - 42.500
13.
"Şərq qapısı” qəzeti - 42.500
14.
"Yeni Azərbaycan” qəzeti - 42.500
15.
"Yeni Müsavat” qəzeti - 42.500
16.
"Ekspress” qəzeti- 42.500
17.
"Ədalət” qəzeti- 35.000
18.
"Olaylar” qəzeti -35.000
19.
"Şərq” qəzeti -35.000
20.
"Bizim yol” qəzeti -30.000
21.
"Exo” qəzeti - 30.000
22.
"Xalq Cəbhəsi” qəzeti - 30.000
23.
"Həftə içi” qəzeti - 25.000
24.
"Azad Azərbaycan” qəzeti -25.000
25.
"Novoye vremya” qəzeti - 25.000
26.
"Paralel” qəzeti -25.000
27.
"Üç nöqtə” qəzeti - 25.000