38 yaşlı qadın parkda özünü öldürmək istədi – BAKIDA






Bakıda 38 yaşlı qadın intihara cəhd edib. Lent.az xəbər verir ki, 1979-cu il təvəllüdlü İbrahimova Afət Sabir qızı Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsi 5 ünvanındakı parkda xlor içərək özünü zəhərləyib. O, xəstəxanaya yerləşdirilib.
A.İbrahimovanın hansı səbəbdən həyatına qəsd etmək istəməsi araşdırılır.