4 buynuzlu qoçu 1400 lirəyə satdı



 
Türkiyənin Qaziantep şəhərinin İslahıyə qəsəbəsində qurbanlıq bazarına gətirilən və görənləri çaşdıran 4 buynuzlu qoç qısa müddətdə alıcısını tapdı.

 Kayseridən satmaq üçün 54 kiçik baş qurbanlıq heyvanı bazara gətirən Həsən Şanlı, "Başının sağında və solunda iki buynuz olmaqla 4 buynuzu olan qoçu, bazara gətirdiyim ilk saatlarda görən və eşidənlərin marağına səbəb oldu. Min 400 lirəyə satdım. 65 ildə ikinci dəfə 4 buynuzlu qoçla bərabər gəldim" deyib. Şanlı, "Həqiqətən, gözlədiyimdən də artıq marağa səbəb oldu. Kaş ki, bütün qoyunlarım belə olsaydı, hamısını dərhal satardım." sözlərinə əlavə edib.